Künkütçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Künkütçay
Ölkə

KüngütçayƏyriçayın sağ qoludur. Şəki rayonu ərazisindən axır.

Əyriçayın sağ qoludur. Mənbəyini Saylaxan dağının yamacından (3200 metr yüksəklikdən) alır. Aşağı axarında (Alazan-Əyriçay vadisində) suvarma üçün geniş istifadə edilir. Çay keçmiş Küngüt (indiki Yuxarı Küngüt) kəndinin adı ilə adlanmışdır. Kəndin adı isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş kingit tayfasının adını əks etdirir. Etnotoponimdir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 52 km, hövzəsinin sahəsi 365 km²-dir. Başlanğıcını Saylaxan dağından (3190 m) alır. Axımı qar, yeraltı və qismən də yağış sularından əmələ gəlir. Suyunun çox hissəsi (50–60%) yaz-yay aylarında keçir.

Küngütçayın aşağı axımında suvarma işlərində istifadə edilir.

  1. Künkütçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.