Joze Puçnik adına Beynəlxalq Hava Limanı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Joze Puçnik adına Beynəlxalq Hava Limanı | |
---|---|
46°13′28″ şm. e. 14°27′22″ ş. u.HGYO |
|
IATA: LJU – ICAO: LJLJ | |
Ölkə | |
Açılış tarixi | 24 dekabr 1963 |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Joze Puçnik adına Beynəlxalq Hava Limanı — (Sloven. Letališče Jožeta Pučnika Ljubljana) Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşir. Brnik kəndi yaxınlığında yerləşdiyindən əvvəlki adı Brnik hava Limanı olmuşdur. Sloveniyanın ən iri milli havayolu şirkəti olan Adria Airways üçün əsas hava limanıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Aeroport rəsmi olaraq 1963-cü il dekabrda fəaliyyətə başlamış və 1933-cü ildən fəaliyyət göstərən Pole hava limanı ilə əvəzlənmişdir. 1964-cü ilin yanvar ayında Brnik hava limanından müntəzəm uçuşlar başlayır.[1] 1991-ci il iyunun 27-də Sloveniyanın Yuqoslaviyadan müstəqillik qazandığı gündən 2 gün sonra, Yuqoslaviya ordusu ölkədə hərbi əməliyyatlara başladı. Müharibənin 1-ci günü hava limanı bombalanmışdı. Növbəti gün, iyunun 28-də, Avstriya və Almaniyadan gələn iki jurnalist, Nikolas Vogel və Norbert Verner, aeroport yaxınlığında idarə etdikləri avtomobildə raketlə vurularaq öldürülmüşdü. Dörd Adria Airways təyyarəsi də Yuqoslav Hava Qüvvələrinin hücumu zamanı ciddi ziyan gördü.
Nəhayət, 29 İyun tarixində, hava limanında gecə boyu Sloveniyanın ərazi mühafizçiləri tərəfindən mühasirəyə alınmış Yuqoslaviya hərbi qüvvələri təslim oldu və müharibə 1991-ci il 7 iyulda imzalanan Brioni müqaviləsi ilə sona çatdı.[2]
8 dekabr 2004-cü il, aeroport ilk dəfə olaraq, illik milyonuncu sərnişinini qəbul edib.
2007-ci ildə Aerodrom Lyublyana hava limanının adı dəyişdirilərək Lyublyananın Joze Puçnik Hava Limanı adlandırılır. Jože Pučnik 1989–1992-ci illər arasında ictimai intellektual, dissident, siyasətçi və Sloveniyanın Demokratik Müxalifətinin lideri idi.[3]
2017-ci ildə hava limanının sərnişin terminalının genişləndirilməsi elan edildi. Tikinti 2019-cu ildə başlayacaq və 2020-ci ilin sonunda başa çatacaq. Bütün yenilənmiş və genişləndirilmiş terminal kompleksinin ümumi sahəsi 28.587 kvadrat metr olacaqdır.[4]
Hava yolları
[redaktə | mənbəni redaktə et]Aşağıdakı havayolları Lyublyananın Joze Puçnik Hava Limanına müntəzəm uçuşlar həyata keçirir.
- Adria Havayolları
- Aeroflot
- Air France
- Air Serbia
- Arkia
- British Airways
- easyJet
- Finnair
- LOT Polish Airlines
- Montenegro Airlines
- Sun d'Or
- Transavia
- Türk Hava Yolları
- Wizz Air
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Pirc, Samanta. Zgodovinski pregled letališč v Republiki Sloveniji s poudarkom na cerkljansko letališče Arxivləşdirilib 2018-07-26 at the Wayback Machine13–14. High School of Commerce and Business, Celje (март 2005). Дата обращения 1 мая 2019. Архивировано 26 июля 2018 года.
- ↑ Slovenia Arxivləşdirilib 2023-07-23 at the Wayback MachinePolitical Chronology of Europe. — Europa Publications, 2003. — P. 234 . — ISBN 978-1-135-35687-3.
- ↑ Ljubljana airport is named after politician Pučnik Arxivləşdirilib 2018-02-20 at the Wayback MachineRTVSLO.si. Дата обращения 1 мая 2019. Архивировано 20 февраля 2018 года.
- ↑ Aerodrom Ljubljana rebrands as Fraport Slovenija, terminal expansion about to begin Arxivləşdirilib 2017-08-13 at the Wayback Machine lju-airport.si (20 April 2017). Дата обращения 1 мая 2019. Архивировано 17 февраля 2019 года.