Josefoartiqasia monesi
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Josefoartiqasia monesi — təxminən 2 milyon il bundan əvvəl Cənubi Amerikada yaşamış bir gəmiricidir.İndiyədək cəmi bir Josefoartiqasia monesi qalığı tapılıb.Pakarana onun hal-hazırda yaşayan ən yaxın qohumudur.Təxminən bir ton çəkisi olan bu gəmirici mövcud olan digər gəmiricilərdən daha böyükdür. Onların kəllə sümüyü 53 sm, kəsici dişləri isə 30 sm uzunluğunda olmuşdur. Təxmini bədəninin uzunluğu 3m, hündürlüyü isə 1,5m olmuşdur. Elmə məlum olan bu ən böyük gəmiricinin kəllə sümüyünü tətbiq edən alimlər müəyyənləşdiriblər ki, tarixdən öncəki dövrün otyeyənlərinin ön dişləri pələnginki qədər möhkəm olub. Bununla yanaşı, 30 sm uzunluğundakı bu əyilmiş ön dişlər çənə əzələlərinin əmələ gətirdiyi gücdən üç dəfə çox gücə tab gətirə bilib.Bu gəmiricilər rəqibləri ilə vuruşarkən, yırtıcılara qarşı müdafiə olunarkən və həmçinin qida tapmaq üçün torpağı qazarkən ön dişlərindən istifadə etmişlər. 1987 - ci ildə kəşf olunmuş, lakin 2008 - ci ilə qədər açıqlanmamış gəmiricinin kəllə sümüyü Uruqvayın Mİlli tarix və antropologiya muzeyində saxlanılır. Bu gəmiricilər suda yaşayan yumşaq bitki növləri ilə qidalanmışlar, çünki onların kiçik azı dişləri digər bitki növləri ilə qidalanmaq üçün kifayət etmirdi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]1." Böyükdür, həm də dişləyir ", National Geographic-Azərbaycan, noyabr, №15, 2015
2. https://en.wikipedia.org/wiki/Josephoartigasia_monesi
3. Millien, Virginie (May 2008). "The largest among the smallest: the body mass of the giant rodent Josephoartigasia monesi". Proceedings of the Royal Society B. 275 (1646): 1953–5; discussion 1957–8. doi:10.1098/rspb.2008.0087. PMC 2596365 . PMID 18495621. Lay summary