Jineologiya
Jineologiya (kürd. Jineolojî) — feminizm və gender bərabərliyinin Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın müdafiə etdiyi forması.[1][2] Orta Şərq cəmiyyətlərində qadınları məhdudlaşdıran namusa əsaslanan dini və qəbilə qaydaları fonunda Öcalan "qadınlar azad olmadıqca bir ölkə azad ola bilməz" demiş, qadınların azadlığının səviyyəsinin ümumən cəmiyyətdə azadlıq səviyyəsini müəyyən etdiyini bildirmişdir.[3]
Jineologiya demokratik konfederalizmin tərkib hissəsidir, Şimali və Şərqi Suriyanın Muxtar Administrasiyasının idarəçiliyində dəstəklənən fəlsəfədir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Kürdüstan İcmalar İttifaqı (KCK) Demokratik Birlik Partiyası (PYD) və PKK-nın daxil olduğu çətir təşkilatdır. 2005-ci ildə KCK ayrıca kürd dövləti qurmaq məqsədindən əl çəkmiş və bunun əvəzinə demokratik konfederalizmin tərəfdarı olmuşdur. 2012-ci ildə PYD Şimali Suriyanın böyük bir hissəsinə nəzarəti ələ keçirmiş və demokratik konfederalizm modeli altında özünüidarəni həyata keçirərək muxtariyyət elan etmişdir. Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan bu region 2016-cı ildən əvvəl Suriya ərazisinin təxminən beşdə birini təşkil edirdi. PYD-nin hərbiləşdirilmiş qüvvəsi Xalq Qoruma Dəstələri (YPG) və Qadın Qoruma Dəstələrindən (YPJ) ibarətdir.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Argentieri, Benedetta. "These female Kurdish soldiers wear their femininity with pride". Quartz. 30 July 2015. 8 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2016.
- ↑ Argentieri, Benedetta. "Women vs. the Islamic State: The Kurds have a secret weapon against brutal jihadists — female fighters". Pittsburgh Post-Gazette. 8 February 2015. 14 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2016.
- ↑ Argentieri, Benedetta. "One group battling Islamic State has a secret weapon – female fighters". Reuters. 3 February 2015. 3 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 November 2016.
- ↑ MacKenzie, Megan; Wegner, Nicole. Feminist Solutions for Ending War (English). Pluto Press. 2021. 2023-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Liberating life: Woman's Revolution. Cologne, Germany: International Initiative Edition, 2013. Abdullah Öcalan. ISBN 978-3-941012-82-0.
- Killing the Male. 1997/98. Mahir Sayın, Abdullah Öcalan (interviewee).