Janna Vilprö-Pauer
Janna Vilprö-Pauer | |
---|---|
fr. Jeanne Villepreux-Power | |
Doğum adı | Jeanne Villepreux |
Doğum tarixi | 25 sentyabr 1794[1][2][…] |
Vəfat tarixi | 25 yanvar 1871[3][4][…] (76 yaşında) və ya 1872[5][6] |
Elm sahəsi | okean biologiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Janna Vilprö-Pauer (fr. Jeanne Villepreux-Power) — fransız alimi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Janna Vilprö adi bir ayaqqabı ustasının ən böyük qızı idi. O, 25 sentyabr 1794-cü ildə Fransanın Julliak kəndində anadan olub. Doğulduğu günlərdə Fransa inqilabın ən qarışıq günlərini yaşayırdı və Robespyerin idarəsi minlərcə insanı qilyotinə göndərirdi. Bununla yanaşı, Janna Vilprö ölkənin və inqilabın mərkəzindən uzaqda sakit bir uşaqlıq keçirmişdi. Oxumaq və yazmaqdan sadəcə bir az daha çox təməl təhsil ala bilmişdi.
Janna 18 yaşına çatdıqda evi tərk edərək kənddən 400 km məsafədə olan Parisə gəlir. Fransanın mərkəzində bir qadın dərzinin köməkçisi olur. 1816-cı ildə Fransa kralının qardaşı oğluna ərə getməyə hazırlaşan Siciliya şahzadəsinə xüsusi toy qıyafəti hazırlamaqla diqqətləri özünə çəkməyi bacarır. Bu uğurundan sonra Jeyms Pauer adlı zəngin ingilis əsilzadəsi ilə tanış olur və onunla 1818-ci ildə Siciliyanın Messina əyalətində ailə qurur. Janna 20 ildən çox Siciliyada yaşayır.
Ailə qurmasından qısa müddət sonra Janna təbiət tarixinə maraq göstərməyə başlayır. Tamamilə özü-özünə təhsil alaraq Siciliya ətrafında dolaşmağa başlayır və xüsusi minerallar, qalıqlar (fosil), kəpənəklər və qabıqlar toplayaraq Siciliyanın florası və faunası haqqında qeydlər edərək təsnifat düzəldir. Bununla yanaşı, Jannanın ölü nümunələr toplamaqdan xoşu gəlmirdi, ona təsir edən və maraqlandıran canlı təbiət idi. Xüsusilə də ona cazib gələn su canlılarını araşdırmağın yollarını axtarırdı. Janna çalışmalarını ikiağızlılar yarımbölməsinə aid heyvan tipi olan molyusklar üzərində aparmağa başlayır.
Əsasən osminoq üzərində apardığı araşdırmalar ona böyük şöhrət qazandırır. Janna öz xaricində qabıq əmələ gətirən dəniz canlılarının bunu necə etmələrini kəşf edən ilk insan idi. Su canlıları ilə bağlı tədqiqatları sırasında ən böyük sıçrayışı akvariumu icad etməsi olur. Su canlılarını müşahidə edə bilmək üçün müxtəlif ölçülərdə akvariumlar düzəldir.
1839-cu ildə Jannanın "Dənizdə və quruda yaşayan heyvanlar üzərində müşahidələr və fiziki təcrübələr" adlı ilk kitabı nəşr olunur. Bu kitabda heyvanlarla bağlı çox sayda təcrübə və müşahidələr nəticəsi yer tutmuşdu. Üç il sonra Jannanın ikinci kitabı da çıxır: "Siciliya bələdçisi". Bu kitab Siciliya ərazisinin təbii əhatəsinin ətraflı təsvirini təqdim edirdi. Messina Tarix Dərnəyi bu əsəri 1995-ci ildə yenidən yayınladı.
Janna Siciliyanın təbiətini təsvir etdiyi kimi onun qorunması üçün tövsiyələr də vermişdi. O, Siciliyada su həyatı mədəniyyətinin əsaslarını atmış oldu. Janna və yoldaşı 1843-cü ildə Siciliyanı tərk edir və sonrakı zamanlarını Parislə London arasında gedib-gəlməklə keçirirlər. Janna kolleksiyalarının və qeydlərinin böyük əksəriyyətini Londona gedən gəminin Manş dənizində batmasıyla itirir və böyük fəlakət yaşayır. Bu hadisədən o qədər təsirlənir ki, artıq araşdırmalar aparmır, yalnız yazı və nəşr işlərini davam etdirir.
1870-71-ci illərin qışında dörd ay müddətində Prussiya ordusu Parisi mühasirəyə aldığı zaman Janna Parisdən qaçır və uşaqlıq evinə geri dönür. Qısa bir müddətdən sonra isə orada vəfat edir.
İngilis biloqu Riçard Oven hələ 1858-ci ildə Janna Vilprö-Paueri "akvarium çalışmalarının anası" kimi qəbul etmişdi. Akvariumu icad etməsi onun bəlkə də dəniz biologiyasına ən böyük mirasıdır, ancaq tədqiqat materiallarının çoxu suya batsa belə, sualtı həyata aid olan sistemli araşdırmalarının da elmə əhəmiyyətli köməyi dəymişdir.
1832-ci ildən başlayaraq Janna Katanya Təbiət Elmlər Akademiyasının tək qadın üzvü olur. Eyni zamanda aralarında London Zoologiya Dərnəyinin də olduğu 17 akademiyanın müxbir üzvü idi. Ölümündən sonra Janna Vilprö-Pauer bir əsr unudulmuş olaraq qaldı. Lakin son illərdə çalışmaları və əsərləri yenidən kəşf edilməyə başladı və 1997-ci ildə Venera üzərində kəşf edilmiş bir kraterə Janna Vilprö-Pauerin adı verildi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Jeanne Villepreux-Power // GeneaStar.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Jeanne Power // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- ↑ Scienza a due voci. 1999.
- ↑ wiki // (unspecified title).