Jan Şmidt
JAN ŞMİDT | |
---|---|
ing. Jean Schmidt | |
Doğum tarixi | |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Şmidt (ing: Jeannette Marie Hoffman Schmidt, 29 noyabr, 1951) — ABŞ Konqresinin üzvü.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdir. J. Smidt bildirib ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil: "Konqresin üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləyirəm".
J. Şmidt xatırladıb ki, ABŞ-nin bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Vilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi nüfuzlu elm adamları vardır.
J. Şmidtin bu mövqeyinə görə D. Qriqoryan adlı bir erməni millətçisi onun seçki kampaniyasına dəstək vermiş şəxslərin Türkiyə hökuməti ilə əlaqəsi olduğu iddiasını irəli sürüb. J. Şmidt D. Qriqoryanı məhkəməyə verərək bunun belə olmadığını göstərən sənədləri də şikayətinə əlavə edərək ona böhtan atanın seçki qanunlarını qəsdən pozduğunu bildirib və cəzalandırılmasını istəyib.[1][2][3]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://az.apa.az/xeber_ABSh_Konqresinin_uzvu:_"1915-ci__153230.html[ölü keçid]
- ↑ http://www.turkamerika.com/hukuk/hukuk/ohioda-ermeni-diasporasina-sok.html[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-16.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |