Jak Brel
Bu məqalə qaralama halındadır. |
Jak Brel | |
---|---|
Jacques Brel | |
Ümumi məlumatlar | |
Doğum adı | Jacques Romain Georges Brel |
Ləqəbi | Böyük Jak |
Doğum tarixi | |
Doğum yeri | Sxarbek, Brüssel, Belçika |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Bobinyi, Fransa |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı yazarı, gitaraçı, bəstəkar, kino aktyoru, kinorejissor, aktyor, şair, yazıçı, ssenarist |
Fəaliyyət illəri | 1953-1978 |
Janrlar | Şanson, Fransız pop musiqisi |
Musiqi alətləri | gitara |
Albom şirkətləri | Universal Music Group |
jacquesbrel.be/en | |
Vikianbarda əlaqəli mediafayllar |
Jak Brel (8 aprel 1929[1][2][…], Sxarbek[d], Brüssel paytaxt vilayəti[d], Belçika – 9 oktyabr 1978[1][2][…]) — belçikalı müğənni, mahnı müəllifi, aktyor, rejissor. Müasir şanson janrının ustadı hesab olunur. Mahnılarını əsasən fransız, bəzən isə alman dilində yazırdı. Buna baxmayaraq bir çox ingilis dilli yazarlara təsir etmişdi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Jak Brel 8 aprel 1929-cu ildə Sxarbekdə anadan olmuşdur. Jak və onun böyük qardaşı Pyer Katolik ibtidai məktəbinə gedirdilər[3]. 1941-ci ilin sentyabrında universitetə qəbul olan Brel dram klubu yaradır.[4][5] O kiçik hekayələr, şerlər və esselər yazırdı. 1944-cü ildə, 15 yaşında ikən, gitara çalmağı öyrəndi. Növbəti illərdə isə dostları ilə birlikdə öz teatr qrupunu yaratdı və əsərlər yazmağa başladı. 1947-ci ildə, Universitetin son ilində "Le Grand Feu" məktəb jurnalı üçün "Frédéric" başlıqlı kiçik hekayə yazdı.[6] Mükəmməl yazı qabiliyyətinin olmasına baxmayaraq, Brel dərslərində yaxşı deyildi və bir neçə imtahandan kəsildi.
1948-ci ildə Belçika hava qüvvələri stansiyasında hərbi xidmət keçmişdir. 1952-ci ildə mahnılar yazmağa başladı və onları ailə yığıncaqlarında oxuyurdu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Jacques Brel // Internet Broadway Database (ing.). 2000.
- ↑ Clayson p. 26.
- ↑ Clayson p. 29.
- ↑ Clayson p. 30.
- ↑ Clayson pp. 33–34.