IV Georq
IV Georq | |
---|---|
ing. George IV | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 avqust 1762[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 1830[1][2][…] (67 yaşında) və ya 1830 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | III Georq[3] |
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
IV Georq və ya IV Corc (ing. George IV, alm. Georg IV.; 12 avqust 1762[1][2][…], Sent-Ceyms sarayı, Böyük London[4] – 26 iyun 1830[1][2][…] və ya 1830, Vindzor sarayı[5][6][…]) — 19 yanvar 1820 – 26 iyun 1830-cu illəri arasında Britaniya kralı. Hannoverlər sülaləsinin nümayəndəsi. Faktiki olaraq şahzadə regent kimi ölkəni atası III Georqun ruhi xəstəliyi ilə bağlı 1811-ci ildən 1820-ci ilə qədər IV Georq idarə edirdi.[7]
Həyatı və hakimiyyəti
[redaktə | mənbəni redaktə et]IV Georqun reqentliyi dövründə I Napaleon Bonapart məğlub edilir və uzunmüddətli müharibə Britaniyanın qələbəsi ilə bitir.
1795-ci ildə IV Georq Karolina Braunşveyqlə evlənir. Bu izdivacdan onun bir qızı — Şarlotta Avqusta dünyaya gəlir. IV Georq bütün Britaniya monarxları arasında ən populyar olmayanlarından idi. Onun haqqında çoxlu lətifələr gəzirdi. Xalq arasında IV Georqun həyat yoldaşı və qızı arasındakı problemləri haqqında rəvayətlər dolaşırdı. IV Georqun formalaşan bu mənfi obrazı müxtəlif karikaturalarda təsvir edilmişdir, lakin onu da qeyd etmək lazımdır ki, IV Georq çox alicənab, incəsənət sevən bir şəxs olub.
Artıq 1796-cı ildə IV Georq Karolinadan ayrılır. Bunun nəticəsidir 1820-ci ildə Georq-kiçik taxta çıxanda Karolinanın kraliça olmaq istəyi Lordlar palatasının etirazı ilə qarşılanır və buna icazə verilir. Çox keçmədən Karolina xəstəliyə tutularaq vəfat edir.
IV Georqun yeganə qızı, kralın varisi Şarlotta Avqust atasının hələ reqentliyi dövründə (1817) doğuş zamanı dünyasını dəyişir. IV Georq kral olduqdan sonra qardaşı Frederik vəliəhd seçilir.
Çoxuşaqlı III Georqun övladlarının ya evli olmaması, ya da uşaqsız olmaları nəsilin davamiyyətini təhlükə altına alırdı. Buna görə də kral sülalənin gənc üzvlərinə evlənəcəkləri təqdirdə onlara maliyə yardımı ediləcəyini bildirdi. Bu qərar nəsillər arası çoxlu evliliklərin baş verməsinə səbəb oldu. Bu izdivaclar çox tez bir zamanda bağlandı.
Vəliəhd Frederik 1827-ci ildə vəfat etdi. IV Georqdan sonra hakimiyyətə III Georqun üçüncü oğlu Vilhelm gədi. 1837-ci ildə IV Vilhelmdən sonra həmin çoxsaylı evliliklərdən dünyaya gələn, Eduard Avqustun və Viktoriya Saksen-Koburq-Zaalfeldin qızı Aleksandrina Viktoriya Britaniya tacına sahib çıxdı.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Allen, W. Gore. King William IV. — London: Cresset Press, 1960. — 255 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 George IV of the United Kingdom // RKDartists (nid.).
- ↑ 1 2 3 4 Lundy D. R. George IV Hanover, King of the United Kingdom // The Peerage (ing.).
- ↑ 1 2 3 Kindred Britain.
- ↑ 1 2 http://www.oxforddnb.com/templates/article.jsp?articleid=10541&back=.
- ↑ 1 2 http://www.independent.co.uk/news/uk/a-false-impression-of-majesty-richard-tomlinson-on-buckingham-palace-which-opens-its-doors-to-the-public-next-saturday-1458595.html.
- ↑ 1 2 http://www.victorianweb.org/art/architecture/indian/10.html.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987.10 ҹилддә]&rft.place='"`UNIQ--templatestyles-00000025-QINU`"'Бакы&rft.pub='"`UNIQ--templatestyles-00000026-QINU`"'Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы&rft.date=1976/1987&rfr_id=info:sid/az.wikipedia.org:IV Georq" class="Z3988">
- 12 avqustda doğulanlar
- 1762-ci ildə doğulanlar
- Böyük Londonda doğulanlar
- 26 iyunda vəfat edənlər
- 1830-cu ildə vəfat edənlər
- 67 yaşında vəfat edənlər
- Birləşmiş Krallıqda vəfat edənlər
- Vindzor sarayında dəfn olunanlar
- "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni ilə təltif olunanlar
- Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilənlər
- I dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Qızıl Yun ordeni kavalerləri
- Qara Qartal ordeninin kavalerləri
- "Müqəddəs Mixail və Georgi" ordeni ilə təltif edilənlər
- Qüdrətli Hamam ordeni laureatları
- Cənubi Xaç ordeni ilə təltif olunanlar
- Fil ordeninin kavalerləri
- Əlifba sırasına görə monarxlar