II Süleymanşah
Rukünəddin Süleyman şah | |
---|---|
ərəb. ركن الدين سليمان شاه | |
| |
1196 – 1204 | |
Əvvəlki | I Qiyasəddin Keyxosrov |
Sonrakı | III Qılınc Arslan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Vəfat tarixi | |
Dəfn yeri | |
Atası | II Qılınc Arslan |
Uşağı | III Qılınc Arslan |
Ailəsi | Səlcuqlular |
Vikianbarda əlaqəli mediafayllar |
II Süleyman şah yaxud Rükunəddin Süleyman şah (ərəb. ركن الدين سليمان شاه (Rukn əd-Din Süleyman şah)) (XII əsr – 1204)Rum Səlcuq sultanıdır (1196–1204).
Atası II Qılınc Arslanın ölümündən sonra parçalanan Rum Səlcuq Türk birliyini yenidən qurmuş və ölkədə sabitliyi geri qaytara bilmişdi.
II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldüyü zaman Süleyman şah, Tokat məliki olarak təyin edildi. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqiub idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər.[1] Məlikşah Konyaya tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi.
Qardaşların hakimiyyət uğrunda mübarizələrindən qalib çıxan Süleyman şah 1196-cı ildə Rum Səlcuq sultanı oldu.
Sultan Rüknəddin II Süleyman şah 1202-ci ildə Gürcüstan səfərinə çıxmaq üçün özündən asılı olan bəylərə xəbər göndərərək ona qoşulmalarını tələb etdi. Süleyman şah 1202-ci il mayın 25-də Ərzurumun qarşısına çatdı. Önu qarşılamağa gələn Saltuklu bəyi Məlik şahı yaxalayıb həbs etdirdi. Bununla da, Saltuklu bəyliyi süqut etdi.[2] Süleyman şah bölgənin idarəsini qardaşı Mugsəddin Toğrul şaha tapşırdı.Süleyman şah 1204-cü ildə Gürcüstana yürüş edərkən yolda xəstələnərək öldü.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Kamil Eron, Sikkeler Işığında II. Süleymanah'ın Gerçek Tahta Çıkış Tarihi, 19.06.2009, İzmir Numizmatik Derneği web sitesi" (PDF). 2015-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-19.
- ↑ Eldəniz Əliş oğlu Məmmədov. Səlcuqlar. Dərs vəsaiti. – Bakı: Mütərcim, 2015. səh.140
- ↑ "Muharrem Kesik, Türkiye Selçukluları ve Anadolu Beylikleri Tarihi, İstanbul Üniversitesi Açık ve Uzaktan Eğitim Fakültesi Tarih Lisans Programı ders kitabı". 2015-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-19.