II Mixail (imperator)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Mixail
yun. Μιχαήλ Β' ο Τραυλός
25 dekabr 820 – 2 oktyabr 829
ƏvvəlkiV Leo
SonrakıFeofil
Şəxsi məlumatlar
Doğum tarixi 770
Vəfat tarixi 2 oktyabr 829
Vəfat yeri
Fəaliyyəti hərbi lider[d]
Uşağı
Dini şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Mixail (yun. Μιχαήλ Β´) və ya Pəltək Mixail (yun. Μιχαήλ ὁ Τραυλός) (7702 oktyabr 829, Konstantinopol) — Bizans imperatoru.[1] Amorianlar sülaləsinin banisidir.

İndiki Türkiyənin Afyon bölgəsində yerləşən Amorian yaşayış məskənində dünyaya gəlmişdir. Bu səbəblə Amorianlar sülaləsinin banisi hesab olunur. Bizans imperatoru I Mixailin ordusunda xidmət edərkən erməni əsilli general Leoyla birləşərək paytaxt Konstantinopola hücum etdi. V Leonun taxta çıxmasını dəstəkləsə də, taxt dəyişikliyinin ardından gözdən düşdü və saraydan uzaqlaşdırıldı. Bu səbəblə 820-ci ildə ona qarşı tərtiblənən saray çevrilişi ilə hakimiyyəti ələ aldı.

Hakimiyyəti boyunca üsyan edən slavyan xalqlarıyla mübarizə apardı. Siciliya adasının müsəlmanlar tərəfindən işğalı və Kirt adasının ələ keçirilərək Krit əmirliyinin yaradılması məhz onun səltənətində baş verən mühüm siyasi hadisələrdir.

  • Kohen, Elli (2007). History of the Byzantine Jews: A Microcosmos in the Thousand Year Empire. University Press of America. p. 72. ISBN 978-0761836247
  1. Martindale, J.R. (2001). Prosopography of the Byzantine Empire. ISBN 978-1-897747-32-2