Hyu Qlass
Hyu Qlass | |
---|---|
ing. Hugh Glass | |
| |
Doğum tarixi | təq. 1783 |
Doğum yeri | |
Vəfat tarixi | 1833[1] |
Vəfat yeri | |
Fəaliyyəti | kürk qaçaqmalçısı, sərhəd sakini, kürk taciri, ovçu və səyyah |
Vikianbarda əlaqəli mediafayllar |
Hyu Qlass (ing. Hugh Glass; təq. 1783, Filadelfiya, Pensilvaniya – 1833[1], Yellouston çayı) — irland əsilli ABŞ kürk qaçaqmalçısı, sərhəd sakini, kürk taciri, ovçusu və səyyahı. Hyu Qlassın 1783-cü ildə Pensilvaniya ştatının ərazisində şotland və irland əsilli bir ailədə dünyaya gəldiyi təxmin edilir.[2][3][4] Qlass Missuri çayı, Montana, Şimali Dakota, Cənubi Dakota və Nebraska ştatlarının ərazilərində, Plat çayının hövzəsində köçəri həyat yaşamış, ovçuluqla məşğul olmuşdur. Hyu Qlass daha çox kürk ticarəti zamanı dostları tərəfindən aldaldılması, ölümə tərk edilməsinə baxmayaraq özündə güc tapıb həyata tutunması və qrizli ayısı tərəfindən hücuma məruz qalması ilə məşhurlaşmışdır. Glass 1833-cü ildə Yellowstone çayında 2 yoldaşı ilə bərabər Arikaralar tərəfindən qətlə yetirilmişdir.
Vəhşi ayının hücumundan sonra sağ qalmaq üçün 200 mil (320 km) məsafə qət etmişdir. Qlassın başına gəlmiş hadisələrlə bağlı bir neçə film çəkilmişdir. Bu hadisələrin doğruluq payı hər zaman müzakirə mövzusu olmuşdur. Bir çoxları baş vermiş sağ qalma hadisəsinin fantastik olduğunu və şişirdildiyini göstərir. Səyyahın başına gəlmiş əhvalat ilk dəfə 1825-ci ildə "Filadelfiya ədəbiyyat jurnalı"nda işıqlandırılmışdır. 1971-ci ildə çəkilən ilk film "Çöl adamı"nın ardından, 2015-ci ildə "Sağ qalmış" filmi çəkilir və baş rolun ifaçısı Leonardo DiKaprio bu roluna görə Ən yaxşı kişi roluna görə Oskar mükafatına layiq görülür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Societies A. C. o. L., Press O. U., Gale R. L. Hugh Glass // Glass, Hugh (?–1833), fur trapper. (ing.). // American National Biography Online / S. Ware [New York]: Oxford University Press, 2017. ISSN 1470-6229 doi:10.1093/ANB/9780198606697.ARTICLE.2000395
- ↑ Keys, Jim. "Hugh Glass: Mountain Man". The History Herald. 7 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2016.
- ↑ "Hugh Glass, mountain man: 'Revenant' tale intertwines with Montana history". The Montana Standard. 7 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2016.
- ↑ "Biographical Notes: Hugh Glass". Wandering Lizard California. 7 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2016.