Hors
kənd | |
Hors | |
---|---|
39°51′45″ şm. e. 45°13′49″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.660 m |
Saat qurşağı | UTC 4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2][3][4][5]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır[6]. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi[7] qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır[6].
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim xors[8] türk etnonimi[9][10] əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır[11]. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir[12][13]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Albaniya və ona bitişik bölgələrdə, o sıradan İndiki Ermənistan ərazisində yaşamış qədim türk mənşəli Qorus (Gorus) tayfasının adını əks etdirir. Azərbaycanda İndiki Dəvəçi rayonunun ərazisi erkən orta əsrlərdə bu elin adı ilə Xursan adlanırdı. Ona görə İndiki Çıraqqalanın yerləşdiyi qaya da "Xurus qayası" adı ilə mə'lumdur. Həmin tayfa şimal-şərqi Azərbaycanda III əsrdə yaşayırdı. Bu tayfanın adı ilə bağlı digər toponim "Alban tarixi"ndə ermənicə yazılışda Qoroz qalası kimi çəkilir[14] ki, bu da orta əsrlərdəki Gorus kəndi və mahalıdır. Bundan başqa bu etnonim Naxçıvanda Xurs, Qarabağda Xorus (Xoruz), Tiflis quberniyasının Axalkalaki qəzasında Xorosdaq, Axalsix qəzasında Qoros-Xaraba, Kutaisi qəzasında Xorosdaq, Stavropol quberniyasında Geros və İndiki Qroznı toponimlərində qalmışdır[15]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 904 nəfər, 1897-ci ildə 1136 nəfər, 1904-cü ildə 971 nəfər, 1914-cü ildə 958 nəfər, 1916-cı ildə 1337 nəfər, 1919-cu ildə 664 nəfər yalnız azərbaycanlı yaşamışdır[16]. Kənd sakinləri 1919-cu ilin sonlarında ermənilərin təcavüzünə məruz qalaraq tamamilə qovulmuşdur. Kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 172 nəfər, 1931-ci ildə 234 nəfər azərbaycanlı yaşamışdır[16]. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Бархударян М. Арцах. Перс. с арм. Яргуляна Н.А. Института истории АН Азерб. ССР. инв. № 1662.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Горс // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.Горс&rft.btitle='"`UNIQ--templatestyles-0000001D-QINU`"'Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти&rft.place='"`UNIQ--templatestyles-0000001E-QINU`"'Бакы&rft.pages=452 с&rft.pub='"`UNIQ--templatestyles-0000001F-QINU`"'Оғуз ели&rft.date=1998&rft.aulast=Будагов&rft.aufirst=Б. Ә.&rft.au=Гејбуллајев, Г. Ә.&rfr_id=info:sid/az.wikipedia.org:Hors" class="Z3988">
- ↑ 1 2 Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.71
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.59
- ↑ hors — İbrahim Bayramova görə
- ↑ Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.103
- ↑ Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.189
- ↑ Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı, Bakı Universiteti nəşriyyatı, 1990. s.20, 117
- ↑ Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.10–11, 104
- ↑ Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.129–132
- ↑ "Alban tarixi", III kitab, 16-cı fəsil
- ↑ Q.Ə.Qeybullayev. Qarabağ. Bakı, 1990, s.101–104
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 160–161