Hokku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hokku (発句?, hərfi tərc.: "giriş misrası") — yapon renqa və ya renku[1] şerinin giriş misrası.

Matsuo Basyonun (1644–1694) dövründən etibarən müstəqil şeir üslubunu da "hokku" adlandırmağa başlamışlar. Nəsrlə birlikdə işlənən hokku "haybu" adlanırdı. XIX əsrin sonunda Masaoka Siki (1867–1902) hokku şerini "hayku" adlandırmağı təklif etdi[2] və həmin vaxtdan yazılma dövrünə baxmayaraq bu janrın bütün əsərlərini bu cür adlandırmağa başladılar.[3] Amma "hokku" terminindən hələ də renqa şerinin giriş misrasını bildirmək üçün istifadə olunur.

  1. Blyth, Reginald Horace. Haiku. Volume 1, Eastern culture. The Hokuseido Press, 1981. ISBN 0-89346-158-X p123ff.
  2. Higginson, William J. The Haiku Handbook, Kodansha International, 1985, ISBN 4-7700-1430-9, p.20
  3. Van den Heuvel, Cor. The Haiku Anthology, 2nd edition, Simon & Schuster, 1986, ISBN 0-671-62837-2 p357.