Hoçaz
Hoçaz | |
---|---|
39°40′31″ şm. e. 46°27′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Laçın rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd.[1]
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[3] Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır.[4] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[5]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et][6] [7] Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.[8]
Tanınmışları
[redaktə | mənbəni redaktə et]- Rövşən Cavadov - Daxili işlər Nazirinin keçmiş müavini, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) keçmiş komandiri
- Azər Məmmədov — Laçın rayon İcra Hakimiyyətinin başçısı
- Xıdır Bəylərov
- Vüqar Novruzov — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri
- Şərahil Laçın — Avrasiya Yazarlar Birliyinin üzvü, şair
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 Hoçaz // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ "Ermənilər Laçında qədim yaşayış məskənlərini dağıdır - FOTO". aqreqator.az.[ölü keçid]
- ↑ "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
- ↑ Hoçaz kəndinin tarixçəsi (rus). Azerbaijan. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
- ↑ Hoçaz kəndi Laçın
- ↑ "İşğal altındakı yurd yerlərimiz: Hoçaz abidələri - FOTOLAR". modern.az. 17 oktyabr 2018. 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2023.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |