Hiyrə
Hiyrə | |
---|---|
31°58′48″ şm. e. 44°23′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Hiyrə (ərəb. الحيرة süry. ܚܝܪܬܐ) — bugünkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hiyrə—Ləxmilər dövlətinin paytaxtı idi. Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.
VII əsrdə Ərəb ordusu oraya yollandıqda şəhərin hakimi barışıq edib doxsan min dirhəm ödəyərək tabeliyində olan ərazini hücumdan qoruya bildi. Deyilənlərə görə bu islamda ilk dəfə olaraq sülhlə əldə edilən müvəffəqiyyət olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et] İraq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |