Hitodama

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toriyama Sekien tərəfindən rəsm edilən bir hitodama.

Hitodama (人魂?, azərb. insan ruhu‎)Yaponiya folklorunda insanın ölümü zamanı onun bədənindən ayrılan ruh. İnanca görə bu ruh mavitəhər ağ rəngə malik quyruqlu alov topları şəklinə düşür.[1]

Hitodama görmək insanın öləcəyi barədə ənənəvi proqnoz hesab olunurdu.[1] Lakin Orta əsr ədəbiyyatında onları uzaqlaşdırmaq üçün bir çox yol təklif olunub.[1] Müasir dövrdə də gecə vaxtı qəbiristanlıqda və ya evin damının üzərində hitodama gördüyünü iddia edən şəxslərə rast gəlmək mümkündür.[1] Meteorlar, fosforesensiya və ya digər təbiət hadisələrinin hitodama üçün mənbə olduğu güman olunur.[1]

  • Kodansha Encyclopedia of Japan. III cild. Tokio: Kodansha. 1983. səh. 207. ISBN 0-87011-623-1. İstifadə tarixi: 7 noyabr 2021.