Hisaşi Kimura

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hisaşi Kimura
yap. 木村栄
Doğum tarixi 10 sentyabr 1870(1870-09-10)
Doğum yeri
Vəfat tarixi 26 sentyabr 1943(1943-09-26) (73 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti astronom
Mükafatları "Mədəniyyət" ordeni
Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hisaşi Kimura (木村 栄, Kimura Hisaşi?, 10 sentyabr 1870, Kanazava26 sentyabr 1943, Setaqaya, Tokio)Yaponiya astronomu. O, coğrafi enliklərin variasiyalarını müşahidə edərək onları hesablamaq üçün bərabərlik tərtib etmişdir.[1]

Hisaşi Kimura 1870-ci ildə Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində doğulmuşdur.[1] 1892-ci ildə Tokio Universitetinin nəzdində olan Elm kollecinin astronomiya fakültəsindən məzun olmuşdur.[1] Daha sonra Tokio Astronomiya Rəsədxanasında işləməyə başlamış və 1899-cu ildə Mizusava Enlik Rəsədxanasının ilk direktoru seçilmişdir.[1] Bu rəsədxana Beynəlxalq Enlik Xidmətinin yaranması ilə əlaqədar olaraq qurulmuş 6 stansiyadan biri idi.[1] Kimura burada qütblərin hərəkəti nəticəsində yaranan enlik variasiyalarını tədqiq etməyə başlamışdır.[1]

Həmin dövrdə qütblərin hərəkətindəki dalğalanmanı ifadə etmək üçün iki termdən istifadə olunsa da, stansiyalarda müşahidə olunan variasiyalar gözlənilməz nəticələr vermişdi.[1] Kimura 1902-ci ildə müşahidə olunan enlik variasiyalarının 3 termlə daha yaxşı ifadə olunacağını bildirmişdir və təqdim etdiyi term Kimura termi adlanmağa başlamışdır.[1] Kimuranın 1902-ci ildəki qeydləri "Astronomical Journal""Astronomische Nachrichten" jurnallarında nəşr olunmuşdur.[1]

Kimura Kral Astronomiya Cəmiyyətinin Qızıl medalınaYaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.[1] 1937-ci ildə "Mədəniyyət" ordeninə layiq görülən ilk şəxs olmuşdur.[2] Ayda yerləşən Kimura krateri onun şərəfinə adlandırılmışdır.[1]

  • Biographical Encyclopedia of Astronomers (ingiliscə). Springer. 2007. səh. 634-635. ISBN 9780387304007. İstifadə tarixi: 19 sentyabr 2022.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). IV cild (J–Libe). Tokio: Kodansha. 1983. səh. 211. ISBN 0-87011-624-7. İstifadə tarixi: 19 sentyabr 2022.