Hillari Klinton

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hillari Klinton
ing. Hillary Rodham Clinton
21 yanvar 2009 – 1 fevral 2013
PrezidentBarak Obama
ƏvvəlkiKondoliza Rays
SonrakıCon Kerri
Şəxsi məlumatlar
Doğum adı Hillary Diane Rodham
Doğum tarixi (77 yaş)
Doğum yeri Çikaqo, İllinoys, ABŞ
Milliyyəti amerikalı
Partiya Demokratlar partiyası
Təhsili 1) Uellsli Kollec
2) Yel Universiteti
Fəaliyyəti siyasətçi, vəkil, diplomat, avtobioqraf[d], universitet müəllimi[d], podkaster, hüquqşünas, film prodüseri
Atası Hyu Ellesuort Rodem
Anası Doroti Emma Hauell
Həyat yoldaşı Bill Klinton
Uşağı Çelsi Klinton (d. 1980)
Dini metodizm
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, publisistika, hüquqşünaslıq, Xeyriyyəçilik
Elmi dərəcəsi

İmzanın şəkli
hillaryclinton.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hillari Dayan Rodham Klinton (ing. Hillary Diane Rodham Clinton, d. 26 oktyabr 1947[1][2][…], Çikaqo, Çikaqo[1][2]) — ABŞ siyasətçisi, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi.

ABŞ Demokrat Partiyasının üzvü. 2001–2009-cu illərdə Nyu-York ştatından senator, 1993–2001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-nin birinci xanımı olmuşdur. ABŞ-də 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kampaniyasında ("praymariz") iştirak edir və Barak Obamadan sonra ikinci nəticə əldə edir.

Erkən illəri və ailəsi

[redaktə | mənbəni redaktə et]

Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetinin Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olur və onlar 1975-ci ildə evlənirlər. Bu evlilikdən Çelsi adlı qızları var.

1976-cı ildən Rose Law Firm şirkətində hüquqşünas kimi işə başlayır. 1978-ci ildə isə ABŞ Prezidenti Cimmi Karter onu Hüquqi Xidmətlər Korporasiyasının İdarə Heyətinin üzvü təyin edir. Həmin il Bill Klinton Arkanzas ştatının qubernatoru seçilir. Onun qubernator olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu yaradır.

1992-ci ildə Bill Klinton ABŞ-nin prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərinin aradan qaldırılmasına yardım edir. Övladlığa götürülmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur.

Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə Dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin "Vital Voices Democracy Initiative" təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tuturdu.

2000-ci ildə Hillari Klinton ABŞ Senatına seçilir. ABŞ tarixində ilk dəfə 1-ci xanım Senata üzv olurdu. Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.

1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.

2006-cı ildə Hillari Klinton yenidən Senata seçilir və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayır. O, Demokratlar partiyasının digər namizədi Barak Obama ilə birlikdə praymerizə qalır. Barak Obama prezident seçkilərində qalib gəldikdən sonra Hillari Klintona öz administrasiyasında Dövlət katibi postunu təklif edir.

6 iyun 2012-ci ildə ABŞ Dövlət katibi kimi Azərbaycana rəsmi səfər edib.[3]

Yazıçılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hillari Klintonun memuarları və uşaqlar üçün yazdığı "It takes A Village" ("Bir qəsəbə lazımdır") adlı kitabı bestsellerdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 CLINTON, Hillary Rodham, (1947 -) (ing.). GPO, 1903.
  2. 1 2 Biographies of the Secretaries of State: Hillary Rodham Clinton (1947–) (ing.). Office of the Historian.
  3. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.