Henri Fulds
Henri Fulds | |
---|---|
ing. Henry Faulds | |
Doğum tarixi | 1 iyun 1843[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 mart 1930 (86 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | həkim, alim |
Vikianbarda əlaqəli mediafayllar |
Henri Fulds (1 iyun 1843[1][2], Beyt[d], Nort-Erşir[d], Birləşmiş Krallıq – 19 mart 1930, Volstanton[d], Staffordşir qraflığı[d], Birləşmiş Krallıq) – şotland həkim, missioner və alim. Barmaq izləri ilə bağlı araşdırmalarına görə tanınır. Həyatının bir hissəsini Yaponiyada keçirmiş və orada korların təhsili üçün işlər görmüşdür.
İlk illəri
[redaktə | mənbəni redaktə et]Henri Fulds 1843-cü ildə Şotlandiyanın Erşir qraflığında doğulmuşdur. 1866-cı ildə Qlazqoda yerləşən Anderson Kollecində tibb təhsili almışdır.[3]
Yaponiyada həyatı
[redaktə | mənbəni redaktə et]Fulds 1874-cü ildə Şotlandiyanın Birləşmiş Presviterianlıq Kilsəsi üçün xəstəxana qurmaq məqsədilə Tokioya köçmüşdür. O, Yaponiyada ilk şotland tibb missiyasına rəhbərlik etmişdir. 1875-ci ildə Yaponiyada korlar üçün ilk təşkilat olan "Rakuzenkay"ın, 1880-ci ildə isə korlar üçün məktəb olan Kummo-inin yaradılmasında iştirak etmişdir.[4] Yapon dilini səlis öyrənmiş, Tsukici xəstəxanasında cərrah kimi işləmişdir.[5] Fulds Yaponiyadakı illəri zamanı iki səyahətnamə yazmış, üç jurnal təsis etmiş, quduzluğa qarşı mübarizə aparmışdır.[3]
1879-cu ildə ABŞ arxeoloqu Edvard Morze tərəfindən Tokionun Omori bölgəsində tapılmış dulusçuluq məmulatlarını tədqiq edərkən hər bir fərdin özünəməxsus barmaq izi olduğu nəzəriyyəsini irəli sürmüşdür.[4] Nəzəriyyəsi haqqında Çarlz Darvinə yazmışdır. Fulds Tokioda yerləşən xəstəxanasında törədilmiş bir cinayət zamanı barmaq izlərini müqayisə edərək həmkarının günahsızlığını sübut edə bilmişdir.[3] Fulds nəzəriyyəsinin kriminalistikada cinayətkarın müəyyən edilməsi üçün əhəmiyyətli düşünmüş və bu barədə yazdığı məqalə 1880-ci ilin oktyabrında Britaniyanın "Nature" jurnalında nəşr olunmuşdur. Növbəti ay Vilyam Herşel ona cavab yazaraq 20 ildən çoxdur ki, Hindistanda identifikasiya üçün barmaq izindən istifadə etdiyini bildirmişdir.[4] O, 1886-cı ildə Britaniyaya qayıdaraq Şotlandiyada təklif etdiyi barmaq izi sisteminin yaradılmasını təklif etmişdir.[5]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Tokionun Çuo rayonunun Tsukici bölgəsində Henri Fuldsa həsr olunmuş memorial lövhə quraşdırılmışdır.[6] Fuldsun doğulduğu Beyt qəsəbəsində ona həsr olunmuş memorial lövhə yerləşir.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Henry Faulds // SNAC (ing.). 2010.
- ↑ 1 2 Henry Faulds // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 3 "Henry Faulds – Originator of fingerprint identification". Stratklayd Universiteti (ingiliscə). 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
- ↑ 1 2 3 Kodansha Encyclopedia of Japan. səh. 249
- ↑ 1 2 "Henry Faulds (1843-1930)". BBC History (ingiliscə). İstifadə tarixi: 15 avqust 2024.
- ↑ "The Henry Faulds Memorial in Japan". Oninoin (ingiliscə). 7 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
- ↑ "A Report on the Dedication of the Faulds Memorial in Beith, Scotland". Weekly Detail (ingiliscə). 8 dekabr 2004. 26 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 249. ISBN 0-87011-622-3. İstifadə tarixi: 15 avqust 2024.
- 1 iyunda doğulanlar
- 1843-cü ildə doğulanlar
- Birləşmiş Krallıqda doğulanlar
- 19 martda vəfat edənlər
- 1930-cu ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Birləşmiş Krallıqda vəfat edənlər
- Qlazqo Universitetinin məzunları
- Stratklayd Universitetinin məzunları
- Şotlandiya alimləri
- Kriminalçı-ekspertlər
- Yaponiyadakı Britaniya qürbətçiləri
- Presviterianlar
- Şotlandiya ixtiraçıları
- Şotlandiya həkimləri
- Cərrahlar