Hemolimfa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hemolimfa (hemo... limfa) - açıq qan dövranı sisteminə malik onurğasız heyvanların damarlarında və hüceyrəarası boşluqlarında dövr edən maye. Oksigen və karbon qazını, qida maddələrini və ifrazat məhsullarını nəql edir. Hemolimfa üzvi maddələr, o cümlədən zülallarda, çox vaxt tənəffüs piqmentləri ilə zəngindir. Həmçinin hüceyrə elementləri də Hemolimfanın tərkibinə daxildir.