58° şm. e. 7° q. u.HGYO

Hebrid adaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hebrid adaları
en/Hebrides/gd/Innse Gall
Hebrid adaları. Çəhrayı - Daxili Hebrid ad., narıncı - xarici Hebrid
Hebrid adaları. Çəhrayı - Daxili Hebrid ad., narıncı - xarici Hebrid
Ümumi məlumatlar
Adaların sayı 500-ə qədər
Ən böyük adası Lyuis and Harris
Ümumi sahəsi 7200 km²
Hündür nöqtəsi 1009 m
Əhalisi 44.759 nəfər (2001-ci il)
Yerləşməsi
58° şm. e. 7° q. u.HGYO
Ölkə Britaniya
Akvatoriya
[[Fayl:|280px|Hebrid adaları xəritədə]]
Hebrid adaları
Hebrid adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hebrid adaları (ing. Hebrides [ˈhɛbrɨˌdiːz], şot.kelt Innse Gall) — Atlantik okeanında Şotlandiyanın qərb sahillərində yerləşən arxipelaqdır. Britaniya adaları qrupuna daxildir. Arxipelaqın iki ada silsiləsi - Daxili və Xarici Hebrid adaları, Litl-Minç və Nort-Minç boğazları, həmçinin daxili Hebrid dənizi ilə ayrılır.

Hebrid adaları 500-ə yaxın qayalı, əsasən hündür adalardan ibarət geniş səpələnmiş qrupdur, onlardan 100-ə yaxını məskunlaşıb. Səthinin sahəsi təxminən 7,2 min km²-dir, bunun təxminən 1,6 min km²-ni göllər tutur. Adaların səthinin çox hissəsini qayalı və ya bataqlıq düzənliklər (torf bataqlıqları) təşkil edir. 1009 m-ə qədər alçaq dağlar (Skay adasındakı Kullin-Hils dağı), həmçinin lava sahələri və qədim buzlaşmanın izləri (troqlar, karrlar) var.

Rütubətli dəniz iqlimi, yanvarda orta temperatur 4-6 °C, iyulda 12-14 °C-dir. Çoxlu yağıntı düşür - ildə 2000 mm-ə qədər. Bitki örtüyündən - iri humuslu və torflu torpaqlarda çəmənliklər, boz torpaqlar, nadir hallarda alçaqboylu tozağacı sahələri[1]. Yüksək rütubət ada landşaftlarının formalaşmasına kömək etdi, burada göllər bataqlıq çəmənlikləri və torf bataqlıqları ilə növbələşir və əsrlər boyu küləklər tərəfindən sovrulmuş və okean suları ilə cilalanmış sahil qayaları qəribə forma və konturları ilə seçilir[2].

Daxili Hebrid adaları

[redaktə | mənbəni redaktə et]

Daxili Hebrid adalarına Skay, Mull, Ayley, Jura, Rum və başqaları daxildir. Şimal adaları Haylend rayonuna, cənub adaları isə Arqayl-and-Byut rayonlarına daxildir.

Xarici Hebrid adaları

[redaktə | mənbəni redaktə et]

Xarici Hebrid adalarına Lyuis-end-Harris adaları (Lyuis və Harris adlı iki tarixi hissədən ibarət olan ada, çox vaxt “adalar” adlanır), Nort-Uist, Benbekyula, Sayt- Uist, Barra və başqaları daxildir. Xarici Hebrid adaları inzibati cəhətdən Na-h-Elanan-Şiar (əvvəllər Uestern-Ayls adlanırdı) rayonunu təşkil edir.

  1. Hebrid adaları // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.[в 30 т.]&rft.place='"`UNIQ--templatestyles-0000000B-QINU`"'М.&rft.edition=3-е изд.&rft.pub=Советская энциклопедия&rft.date=1969/1978&rfr_id=info:sid/az.wikipedia.org:Hebrid adaları" class="Z3988">
  2. "Гебридские острова: путешествие в царство волн, ветров и туманов". proboating.ru. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-21.