Heşin (Ermənistan)
Kənd | |
Heşin | |
---|---|
39°47′57″ şm. e. 45°07′59″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC 4 |
Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[1][2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4]. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi ilə[5] Heşin kəndi eyni kəndlərdir.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keş[6] sözünə[7], türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün[8][9] birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur[10]. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 116 nəfər, 1926-cı ildə 136 nəfər, 1931-ci ildə 164 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. SSRİ hökumətinin xüsusi qərarı ilə kənd sakinləri — azərbaycanlılar 1948–49-cu illərdə zorla Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.[12] Azərbaycanda Geşan (Şuşa qəzası) kənd adı ilə səsləşir. Mə'nası mə'lum deyil.[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
- ↑ “Армянская геноцид”. Миф и реальность. . Баку,. 1992.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.61
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.57
- ↑ heş — İbrahim Bayramova görə
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.273
- ↑ Древнетюркский словарь, Л., "Наука", 1969. s.209
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.234
- ↑ Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). . Bakı,. 1997.
- ↑ 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.92–93, 160–161
- ↑ “Армянская геноцид”. Миф и реальность. 1992. . Баку,.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Һешин // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.Һешин&rft.btitle='"`UNIQ--templatestyles-0000001F-QINU`"'Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти&rft.place='"`UNIQ--templatestyles-00000020-QINU`"'Бакы&rft.pages=452 с&rft.pub='"`UNIQ--templatestyles-00000021-QINU`"'Оғуз ели&rft.date=1998&rft.aulast=Будагов&rft.aufirst=Б. Ә.&rft.au=Гејбуллајев, Г. Ә.&rfr_id=info:sid/az.wikipedia.org:Heşin (Ermənistan)" class="Z3988">