38°07′39″ şm. e. 34°00′00″ ş. u.HGYO

Hasan dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hasan dağı
türk. Hasandağı
Görünüşü.
Görünüşü.
Ümumi məlumatlar
Dağ sistemi Tavr dağları
Dağ silsiləsi Tavr dağları
Mütləq hündürlüyü 3.268 m
Nisbi hündürlüyü 1.922 m
Yerləşməsi
38°07′39″ şm. e. 34°00′00″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət
Hasan dağı xəritədə
Hasan dağı
Hasan dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub,[1] Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir.[2]

Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar.

Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi.

Dağın zirvəsinə dırmaşmaq üçün 6 saat vaxt tələb olunur. Dağın zirvəsindən möhtəşəm mənzərə açılır. Buradan mərkəzi Anadolu platformasını, eləcə də, uzaq Kappadokiyanı görmək olar.

Dağın Böyük Hasan dağı və Kiçik Hasan dağı adlı iki böyük krateri var. Mələndiz dağlarının böyük hissəsi bu kraterlərdən çıxan lavalardan əmələ gəlmişdir.

  1. "Hasan Dagi, Turkey". Peakbagger.com. İstifadə tarixi: 2014-05-25.
  2. "Çatalhöyük 'Map' Mural May Depict Volcanic Eruption 8,900 Years Ago | Archaeology | Sci-News.com". www.sci-news.com. 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]