9°18′40″ şm. e. 42°07′40″ ş. u.HGYO

Harar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Harar
Bayraq
Bayraq
9°18′40″ şm. e. 42°07′40″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.885 ± 1 m
Əhalisi
Əhalisi
  • 129.000 nəf. (2015)[1]
Xəritəni göstər/gizlə
Harar xəritədə
Harar
Harar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Harar 2018-ci ildə

Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi.[2]

Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.[2]

Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir.[2]

Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.[2]

2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.[2]

300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir.[2]

Kaftarların gecə qidalandırılması

Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.[2]

  1. http://www.citypopulation.de/Ethiopia.html.
  2. 1 2 3 4 5 6 7 C.Nəzərov. "Müsəlmanlardan başqa heç kəs 300 il ərzində bu şəhərə daxil ola bilməyib" (az.). salamnews.org. 02 may 2015. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.