Hans Kristian Hansen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hans Kristian Hansen
dan. Hans Christian Svane Hansen
dan. H.C. Hansen
Danimarka parlamentinin deputatı[d]
Vəzifədədir
7 dekabr 1936-cı ildən
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1906(1906-11-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 19 fevral 1960(1960-02-19)[3][1][…] (53 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Partiya
Fəaliyyəti diplomat, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans Kristian Hansen (8 noyabr 1906[1][2][…], Orhus[3]19 fevral 1960[3][1][…], Kopenhagen[3]) — Danimarka dövlət və siyasi xadimi.

Əmək fəaliyyətinə mətbəə fəhləsi kimi başlamışdır. Gənc yaşlarından Danimarka Sosial-Demokrat hərəkatına qoşulmuşdur. 1935-1939-cu illərdə Sosialist Gənclər İnternasionalının sədri olmuşdur. 1936-cı ildən Danimarka Sosial-Demokrat Partiyasından (DSDP) parlament deputatı olmuşdur. 1939-41, 1945-1953-cü illərdə Danimarka Sosial-Demokrat partiyasının katibi olmuşdur. İkinci Dünya müharibəsi dövründə Müqavimət hərəkatında fəal iştirak etmişdir. 1945-ci ildə və 1947-1950-ci illərdə Danimarka maliyyə naziri işləmişdir, bir ay müddətində ticarət naziri olmuşdur. 1953-cü ildə xarici işlər naziri təyin edilmiş və 1958-ci ilədək bu vəzifədə işləmişdir. 1955-60-cı illərdə isə Danimarkanın baş naziri olmuşdur, eyni zamanda DSDP-nin sədri idi.[4]

  1. 1 2 3 4 H.C. Hansen // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Hans Christian Hansen // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 6 Хансен Ханс Кристиан // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Azərbaycan Sovet Ensiklopediyası, 10-cu cild, Bakı, 1987-ci il