40°42′08″ şm. e. 47°54′13″ ş. u.HGYO

Hacıhətəmli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hacıhətəmli
40°42′08″ şm. e. 47°54′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 587 m
Saat qurşağı
Əhalisi
Əhalisi 3400 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3113[1]
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Hacıhətəmli xəritədə
Hacıhətəmli
Hacıhətəmli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


HacıhətəmliAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Kəndin yaranma tarixi ilə bağlı belə bir etimaloji fikir var ki, Hacı Hətəm və Molla İsaq qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salmış və maldarlıqla məşğul olmuşlar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra kollektivləşmə baş vermiş və onlar əbədi olaraq bu yerlərdə məskunlaşmışlar. Məhz Hacıhətəmli və Mollaisaqlı kəndlərinin adı da həmin qardaşların adı ilə bağlıdır[2].

Əhalisi əsasən haputlulardan ibarətdir[3]. Əhalisi 2460 nəfərdir, 1242 kişi, 1218 nəfəri isə qadındır.

Kənddə 400 ev var; 3400 nəfər əhali yaşayır. Hacıhətəmli kəndində əsas üç Hapıt tayfası var[mənbə göstərin]:

  • Çoçanlılar,
  • İzbaşlılar,
  • Çühürlülər.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Kənd camaatı əsasən, əkinçilikmaldarlıqla məşğuldur.

Hacıhətəmli məktəbi 1925-ci ildə yaranıb və 1925-1926-cı tədris ilində 2 qrup ümumi 45 şagird (32 oğlan, 13 qız), 1 müəllim olmaqla 1 pilləli türk məktəbi kimi fəaliyyət göstərməyə başlayıb[4]. 1926-1927-ci tədris ilində 2 qrup 37 şagird, 1927-1928-ci tədris ilində isə 2 qrup, 24 şagird təhsil alıb[4].

2014-2015 mövsümü üçün AFFA tərəfindən 13 yaşadək qızlardan ibarət komandalar arasında keçirilən futbol üzrə Azərbaycan çempionatında Hacıhətəmli kənd məktəbinin "Babadağ" komandası baş məşqçi Ədalət Əhmədovun rəhbərliyi ilə ölkə çempionu adını qazanmışdır.[5] 2015-2016 mövsümündə isə ikinci yeri tutmuşdur.

Futbolla müntəzəm məşğul olan kişilərdən ibarət "Tufan" komandası rayon birinciliyinin iştirakçısıdır[6].

Kənddə Hacıhətəmli kənd məscidi dini icması fəaliyyət göstərir[7].

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Aygün Zeynallı. "İsmayıllı rayonunun toponimləri", "Tərcüməşünaslıq və onun müasir dövrdə rolu" respublika tələbə elmi-praktik konfranslarının MATERİALLARI. Qafqaz Universiteti Nəşri, Bakı, 2011. səh. 5-6. Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine  (az.)
  3. "Azərbaycanın müasir etnik palitrası". 2011-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-17.
  4. 1 2 "Azərbaycan SSR Dövlət Plan Komitəsi" arxiv fondunda mühafizə edilən sənədlərində "1925-1928-ci illərə dair Azərbaycan SSR qəzaları üzrə məktəblərin siyahısı"
  5. İsmayıllı birinci olub[ölü keçid]. todaysbaku.az, 05.04.2015  (az.)
  6. Futbol üzrə İsmayıllı rayon birinciliyi Arxivləşdirilib 2016-10-08 at the Wayback Machine. ismayilli-ih.gov.az, 16.06.2016  (az.)
  7. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)