Həsənxan qalası
Həsənxan qalası | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Qaxbaş kəndi |
Tikilmə tarixi | XIX əsrin ikinci yarısı |
Üslubu | Arran memarlıq məktəbi |
|
Həsənxan qalası — Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında Kürmükçay yatağının sağında yerləşir. Bürclərdən və qala divarlarından ibarətdir. Bürclərdə iki sıra mazğal və pəncərə yerləri, divarlarda isə mazğallar vardır. Hər bürcdə 36 mazğal və istehkam topları üçün 10 pəncərə vardır. Divarlarda isə 168 ədəd mazğal və 8 ədəd pəncərə vardır. Müdafiə təyinatlı obyekt hasab olunur. Qalanın tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Qalanın inşa tarixi XIX əsrin ikinci yarısına aid edilir.[1][2] Çox güman ki, bu qala İlisu sultanlığı Rusiya imperiyasına daxil edildikdən sonra ruslar tərəfindən inşa olunmuşdur. Qala Dağıstan ərazisindən edilən hücumların qarşısını almaqda rusların köməyinə çatmışdır.
Obyektin “Həsən xan qalası” adlandırılmasına gəldikdə isə yerli əhali qalanı sonralar qala qarnizonuna komandanlıq etmiş general-mayor Həsən xanın adı ilə bağlamışdır. Ilisu sultanı Əli sultan nəvəsi Həsən xan rus ordusunda xidmət etmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.General-mayor Həsən xan 1882-ci ildə vəfat etmiş və Qaxbaş kəndinin qəbiristanında babası Əli sultanın yanında dəfn olunmuşdur. Məzarının üstündə məqbərə tikilmişdir.
Yerli əhalinin “Həsən xan qalası adlandırdığı bu tarixi abidə dövlət tərəfindən qorunur.
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Həsən Xanın qəbri, qala qalıqlarının yaxınlığındakı qəbiristanlıq, Qaxbaş kəndi