Həsən Əbluc

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həsən Əbluc
Doğum tarixi 22 aprel 1942(1942-04-22)
Doğum yeri
Vəfat tarixi 13 mart 1994(1994-03-13) (51 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktyor, rejissor
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979

Həsən Abbasqulu oğlu Əbluc (22 aprel 1942, Təbriz13 mart 1994, Bakı) — Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1979).

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi Azərbaycanın klassik və çağdaş şairlərinin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.

Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.

Ənvər Əbluc onun haqqında "Həsən Əbluc" filmini lentə alıb.

11 may 2018-ci ildə İranın Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Həsən Əblucun xatirə gecəsi keçirilmişdir.[2]

  1. Əbluc, E. "Atam çox istəyirdi ki, mən rejissor olum": [Mərhum aktyor-rejissor Həsən Əblucun qızı Elnaz Əbluc ilə söhbət] //Mövqe.- 2011.- 20 aprel.- S. 13.
  2. Kultura Plus. "Həsən Əblucun xatirəsi ehtiramla yad olundu" (az.). Youtube.com. 14.05.2018. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-15.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]