Hıçqırıq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hıçqırıq
XBT-10 R06.6
XBT-9-KM 786.8
DiseasesDB 5887
MedlinePlus 003068
MeSH D006606
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hıçqırıq nədir

[redaktə | mənbəni redaktə et]

Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyət hıçqırığın çıxardığı səsin səbəbidir.

Hıçqırığın səbəbləri

[redaktə | mənbəni redaktə et]

Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinilən səbəblərdir. Həmçinin, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda bir həkimə baş vurmaq lazımdır.

Hıçqırıq necə keçər?

[redaktə | mənbəni redaktə et]

Hıçqırığı önləmək üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, spirtli və qazlı içkilərdən uzaq dayanmaq lazımdır. Bu tədbirlərə baxmayaraq yaranan hıçqırığı kəsmək üçün bir çox üsul tətbiq olunmaqdadır. Hıçqırığı kəsmək üçün tətbiq olunan üsullar əksəriyyətlə nəfəs alışını nəzarət etməklə və sinirlərlə əlaqədardır.

Hıçqırığa tutulduğunuzda bu üsulları təcrübə edə bilərsiniz:

1. Şirin bir şey yemək — sinirlərinizi aldadıb hıçqırığa son verə bilərsiniz. Bunun üçün bir çay qaşığı dolusu şəkəri və ya balı dilinizin dib qisminə yerləşdirin.

2. Barmaqlarınızı qulaqlarınıza tıxayın. Bu, eşitmə sisteminə çatan vagus sinirini xəbərdar etməyə yarayır.

3. Birini qorxutduğunuzda və ya biri sizi qorxutduqda vagus sinirini çaşdıra bilərsiniz. Bu üsulu tətbiq edə bilmək üçün aktyorluq qabiliyyətinizin də bir az inkişaf etmiş olması lazımdır.

4. Burnunuzu və ağzınızı bağlayaraq dözə bildiyiniz qədər hava almadan dayanın.

5. Su udmaq (içmək yox, ağızı su ilə doldurub birdən udmaq) ya da su ilə qarqara etmək sinirləri yatıra bilir.

6. Bir kağız torbanın içində nəfəs alıb-verin. Burada da bədən kifayət qədər oksigen ala bilmədiyində (nəfəs verəndə karbon qazı buraxdığımızdan torbada oksigenin miqdarı azalır) hıçqırığı unudub daha əhəmiyyətli bir problemə fokuslanır.

7. Xüsusilə tərkibində maqnezium olan qidalar, sinirləri sakitləşdirərək hıçqırığın keçməsinə kömək ola bilir.

8. Qıdıqlandıqda sinirlərinizin üstünə külli miqdarda yük düşəcək və hıçqırıq dayanacaq.

9. İsti bir şeylər içmək. Bu bütün metodlar içində ən güvənilir və sürətli bir metoddur. Hıçqıraq başlayan anda isti su, çay, süd və s. içsəniz 10–15 saniyəyə yox olacaq.

Hansı metoddan istəsəniz yoxlaya bilərsiz, əsas odur ki, beyninizi məşğul edin ki, hıçqıraq azalaraq yox olsun.