Hüseyn xan Turqut
Hüseyn xan Turqut | |
---|---|
Hüseyn xan Həsən xan oğlu İrəvanski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1971 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Həsən xan İrəvanski[d] |
Anası | Nuraleyin хаnım Qovanlı-Qacar[d] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Osmanlı imperiyası, Türkiyə |
Qoşun növü |
Türkiyə Quru Qoşunları Türkiyə Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1918–1960 |
Rütbəsi | Tümgeneral |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hüseyn Turqut (1900, İrəvan – 1971, Türkiyə) — İrəvan xanlarının nəslindən olan, Türkiyə Silahlı Qüvvələrinin general-mayoru.
Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 30 il Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hüseyn Turqut 1900-cü ilin noyabr ayında İrəvan şəhərində anadan olub[1]. Orta təhsilini İrəvan şəhər gimnaziyasında alıb.[2]
1917-ci il Oktyabr inqilabından sonra İrəvanda ermənilərin törətdikləri özbaşınalıqlardan sonra ailə üzvləri ilə birlikdə Naxçıvana köçüb[1]. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə gedib.[3]
Türkiyədə
[redaktə | mənbəni redaktə et]Hüseyn Turqut 1918-ci ildən Osmanlı ordusuna qoşularaq Birinci Dünya müharibəsində iştirak edib. IV kolordunun 5-ci tüməninin tərkibində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tümənin tərkibində döyüşlərdə olub. Savaşın son aylarında doğu ve güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunub.[4]
Türkiyə İstiqlaliyyət Müharibəsi başladıqdan sonra şərq cəbhəsində[5] leytenant rütbəsi ilə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib[1]. Atatürk tərəfindən "İstiqlal" medalı ilə təltif edilib[1]. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirib[6]. Türkiyənin cənub şərqində baş qaldıran kürd üsyanlarının yatırılmasında iştirak edib.[4]
1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə təyinat alıb[7]. 1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilib[7]. Fransada keçirilən təlimlərdə yüksək nəticələr göstərərək geri qayıdıb. 6 dil bilən Hüseyn Turqut 1934-cü ildən 1946-cı ilə qədər Türkiyə Hərbi Hava Qüvvələri üçün yeni pilotların yetişdirilməsində iştirak edib[7]. Türk Hava Qüvvələrində "Junge dayı" ləqəbi ilə tanınıb.[3]
1946-cı ildə ağır qəzaya düşüb. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışıb.[8] 1960-cı ildə 42 illik xidmətindən sonra tümgeneral rüstbəsi ilə təqaüdə çıxıb.[9]
Hüseyin Turqut 1971-ci ilin noyabr ayında Ankarada vəfat edib.[2] Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Hərbi Şəhidliyində dəfn edilib.[4]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Atası İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanskinin oğlu Həsən xan Turqut anası isə Bəhmən mirzə Qovanlı-Qacarın qızı şahzadə Nuraleyin xanım Qovanlı-Qacardır. Qardaşı Fərid xan adlı qardaşı, Rüxsarə, Sami və Adilə adlı bacıları olub.[10]
Hüseyin xan Turqut 1936-cı ildə Ləman Hattusas ilə ailə həyatı qurub[7]. 1940-cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turhan adlı oğlanları anadan olub.[8]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- — 1918-ci ildə şərq və cənub şərq cəbhələrində göstərdiyi xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunub[1].
- — 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib[1].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 79. ISBN 978-9952-5513-4-1.
- ↑ 1 2 Musa Quliyev. "Tarixi fotoşəkil ən yaxşı tədqiqat əsəridir" (PDF). Şərq qapısı qəzeti. Naxçıvan. 2016-10-06. 3. 2022-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-28.
- ↑ 1 2 Musa Rəhimoğlu. "Naxçıvan və İrəvan xanlıqları tarixinin yeni aydınlanan səhifələri" (az.). 525-ci qəzet. 2016-10-28. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ 1 2 3 "Hüseyn xan Turqut İrəvanski - Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız" (az.). teref.az. 2017-10-10. 2022-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
- ↑ Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 201. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
- ↑ Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 42. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- ↑ 1 2 3 4 Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 83. ISBN 978-9952-5513-4-1.
- ↑ 1 2 Vüsalə Abbasova. "Sonuncu İrəvan xanının qardaşı nəvəsi: "Gün gələcək o torpaqlar öz sahiblərinə qaytarılacaq və bu zülm bitəcək"" (az.). Report İnformasiya Agentliyi. 2018-05-22. Archived from the original on 2022-12-28. İstifadə tarixi: 2022-12-28.
- ↑ Əsgər Zeynalov. İrəvan xanlığı... Gerçəkliyin aydınlığı. Morisvil: Lulu Press. 2016. səh. 85. ISBN 9781329954083. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- ↑ Orxan Cəbrayıl. "Türkiyənin hərb tarixinə adını yazdırmış generalımız - Hüseyn xan Turqut" (az.). goyce.az. 2019-11-12. 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. ISBN 978-9952-5513-4-1.
- Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. ISBN 9789752552364.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pages using the JsonConfig extension
- 1900-cü ildə doğulanlar
- İrəvanda doğulanlar
- 1971-ci ildə vəfat edənlər
- Türkiyədə vəfat edənlər
- Cebeci Şəhidlər xiyabanında dəfn olunanlar
- Osmanlı imperiyasının "Hərb" medalı ilə təltif edilənlər
- "İstiqlal" medalı ilə təltif olunanlar (Türkiyə)
- Əlifba sırasına görə hərbi xadimlər
- İrəvanskilər
- Azərbaycanlı generallar
- Türkiyə generalları
- Azərbaycanlı hərbçilər
- Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən azərbaycanlılar
- Türkiyə azərbaycanlıları