Hüseyn Mehdiyev
Hüseyn Mehdiyev | |
---|---|
Hüseyn Mahmud oğlu Mehdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | Nadir Mehdiyev |
Fəaliyyəti | rejissor, ssenarist, operator |
Mükafatları | |
IMDb | ID0575346 |
huseyn.az |
Hüseyn Mahmud oğlu Mehdiyev — Azərbaycan kinorejissoru, təsvir rejissoru, ssenaristi, kinoprodüseri, "Azərkinovideo" İB-nin Baş direktor müavini (1993-2001), Azərbaycanın Əməkdar incəsənət xadimi (2000)[1], Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, Avropa Kino Akademiyasının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hüseyn Mehdiyev 1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub. 1962-1967 – Azerbaycan Politexnik İnstitunda təhsil alıb. 1967-ci ildən 1972-yə qədər ölkənin qəzet və jurnallarında, əsasən “Qobustan” və “Ulduz” jurnallarında fotojurnalist qismində çalışıb. "Fotopoeziya" və "Musiqi etüdləri" adlı fotokitabları nəşr olunub.
1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayır. 1984-cü ildən həm də rejissor kimi fəaliyyət göstərir. Onun həm rejissor, həm də təsvir rejissoru kimi yaratdığı filmləri bir çox Beynəlxalq kinofestivallarda (Berlin, Madrid, St. Petersburg, Moskva, Ankara, Vancuver, Daşkənd, Kair və s.). iştirak edib. 1993-ci ildən 2001-ci ilə qədər kinematoqrafiya sahəsini idarə edən “Azərkinovideo” İB-də Baş Direktor müavini vəzifəsində çalışmışdır. Bu ərəfədə onun təşəbbüsü ilə kinomuz üçün vacib olan iki qurumu: Dövlət Film Fondunu və Kinorejissorlar Gildiyasını yaradılmasını təşkil edib. 1999-cu ildən bu günə kimi Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədridir. “Beynəlxalq Audiovizual Festival” (2001-2008) və Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” Peşə mükafatı (2015-2018) layihələrinin müəllifi və rəhbəri olub.
Kinofestivallarda "Dissonans" filmi Baş mükafat "Qızıl medal", "Ancaq adanı özünlə apara bilməzsən" - Baş mükafat, "Özgə vaxt" filmi "Ən yaxşı rejissor" və "Ən yaxşı gənc aktyor" nominasiyaların və bir çox digər mükafatlara layiq görülüblər. Azərbaycanın Əməkdar incəsənət xadimidir və Avropa Kino Akademiyasının üzvüdir.
- Şair Tofiq Mahmudun qardaşıdır.
- Rəssam Rafiq Mehdiyevin qardaşıdır.
- Badminton üzrə usta Lado Mehdiyevin qardaşıdır
- Təsvir rejissoru Nadir Mehdiyevin atasıdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
- Babamızın babasının babası (film, 1981)
- Böyük anda sadiqik (film, 1981)
- Brakonyer, yoxsa balıqçı? (film, 1991)
- Daha bir fənd (film, 1978)
- Diaqnoz (film, 1991)
- Diplom işi (film, 1979)
- Dissonans (film, 1978)
- Dostuma məktub (film, 1992)
- İşgüzar səfər (film, 1982)
- Qəm pəncərəsi (film, 1986)
- Qırmızıbayraqlı Azərbaycan (film, 1980)
- Qız qalası əfsanəsi (film, 1923) (bərpanın layihə rəhbəri)
- Qoca palıdın nağılı (film, 1984)
- Məkanın melodiyası (film, 2004)
- Mirzə Fətəli Axundov (film, 1982)
- Özgə vaxt (film, 1996)
- Səhnədə keçən həyat (film, 1991)
- Süd dişinin ağrısı (film, 1987)
- Süni bənövşələr (film, 2007)
- Şahid qız (film, 1990)
- Şəhərli biçinçilər (film, 1986)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Tərlan Musayeva (film, 1980)
- Udi xalqı (film, 1993)
- Vah!.. (film, 1980)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.