Hökmdar Edip
Hökmdar Edip | |
---|---|
q.yun. Οἰδίπους Τύραννος | |
Müəllif | Sofokl[1] |
Orijinal dili | qədim yunan dili[2] |
Vikianbarda əlaqəli mediafayllar |
"Hökmdar Edip", həmçinin "Çar Edip", "Tiran Edip" (q.yun. Oἰδίπoυς τύραννoς) — təxminən eramızdan əvvəl 496-406-cı illərdə yaşamış Afina şairi və dramaturqu Sofoklun yeddi tragediyasından biri. Esxil və Evripidlə birlikdə antik dövrün ən böyük tragediya kimi qəbul edilirdi.
Aristotel tərəfindən poetikada tragik əsərin idealı kimi qəbul edilmiş və antik dramaturgiya tarixində böyük rol oynamışdır. Onun qəhrəmanı günahını dərk edən və bunun üçün özünü cəzalandıran bir insan idi. Tamaşada faciəvi sonluq baş qəhrəmanın özünün ehtirasları və eybəcərlikləri ilə bağlı deyil, taleyin hökmü ilə yuxarıdan müəyyən edilir.
Faciə Ümumdünya Kitabxanasına (Norveç Kitab Klubunun dünya ədəbiyyatının ən əhəmiyyətli əsərlərinin siyahısı) daxil edilmişdir. İngilis müəllim T.Vitmarşa[3] görə, bütün dövrlərin ən məşhur tragediyasıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sophocles Oedipus the King (ing.). / S. Berg, D. Clay NYC: OUP, 1978. P. viii. ISBN 0-19-502325-0
- ↑ Sophocles Oedipus the King (ing.). / S. Berg, D. Clay NYC: OUP, 1978. P. v–vii, 19–20. ISBN 0-19-502325-0
- ↑ "An interview with Tim Whitmarsh, author of Battling the Gods: Atheism in the Ancient World — Runciman Award". 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.