39°37′46″ şm. e. 45°34′09″ ş. u.HGYO

Gomur (Dərələyəz)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Gomur
39°37′46″ şm. e. 45°34′09″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.800 m
Saat qurşağı UTC 4
Əhalisi
Əhalisi
  • 138 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Gomur xəritədə
Gomur
Gomur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gomurİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2]

Rayon mərkəzindən 14 km cənub-şərqdə, Arpaçayın sol qolu olan Axtaçayın sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kömür kimi[3] qeyd edilmişdir.

Kəndin qədim adı erməni mənbələrində Gomer fonetik formasında qeyd edilir və ilk dəfə XIII əsrdən xatırlanır[4]. Kəndin adı həm də Gyumur, Gomk, Axta yuxarı[5] formalarında göstərilmişdir[6].

Toponım qədım türk dilində. «dag başında dar, yarğanlı uçurum yer»mənasında işlənən komür sözündən[7] əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Komk qoyulmuşdur.

Kənddə 1831-ci ildə 27 nəfər, 1873 - cü ildə 285 nəfər, 1886- cı ildə 293 nəfər, 1897-ci ildə 353 nəfər, 1904 - cü ildə 365 nəfər, 1914 - cü ildə 400 nəfər, 1916-cı ildə 388 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış, sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 155 nəfər, 1926-cı ildə 200 nəfər, 1931-ci ildə 316 nəfər[8], 1939 - cu ildə 386 nəfər, 1959 - cu ildə 381 nəfər, 1970-ci ildə 590 nəfər, 1979 - cu ildə 745 nəfər[9] yalnız azərbaycanlı yaşamışdır. Erməni mənbələrində isə yuxarıda göstərilən statistik məlumatlar ermənilərə aid edilir və guya ermənilər buraya 1828-ci ildə İranın Xoy vilayətindən köçürülmüşdür[9]. Bu, tamamilə yalandır və erməni saxtakarlığıdır. Gomur Kəndində ən qədim zamanlardan 1988-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. XIX-XX əsrin əvvəllərində (1831-1931) burada azərbaycanlıların yaşadığını erməni alimi Z. Qorqodyanın əsərində aydın şəkildə göstərilir[8].

İ.Şopenin də əsərində kəndin köklü sakinlərinin məhəmmədi[10] olduğu qeyd edilmişdir[11]. Azərbaycanlılar 1988-ci ilin noyabrın sonunda Ermənistan dövlətinin deportasiyasına məruz qalmışdır. İndi ermənilər yaşayır.

Gomurda 1918-ci ildə 400 nəfər əhali olmuşdur. Nijdenin cəllad xislət quldur dəstələri kəndi dörd tərəfdən mühasirəyə almış, əhalini böyük-kiçik demədən qılıncdan keçirmişlər. Şahidlər demişlər ki, Axta çayının suyu sanki qan axırdı.[12]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.60
  4. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, «Haypetrat», 1955. s.89
  5. Yuxarı Axta - İ.B.
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88
  7. Радлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.2, СПб, 1899. s.1321
  8. 1 2 3 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.88-89, 158-159
  9. 1 2 Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.942
  10. azərbaycanlılar - İ.B.
  11. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.619-620
  12. Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.