Genlik
Genlik | |
---|---|
39°06′19″ şm. e. 46°38′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Genlik — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan şəhər inzibati ərazi dairəsində kənd.[1]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Genlik kəndi Oxçuçayının sahilində, dağətəyi ərazidədir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd salındığı Genlik adlı yerin adını daşıyır. Oykonim "geniş yer" mənasındadır.[2] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Pirçivan kənd dairəsinin Genlik kəndində 83 ev var idi. Burada 318 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı və onlar dini baxımdan şiə idilər. Bütün əhali torpaq sahibi kəndlilərdən ibarət idi.[3]
Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ildə, kənd Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək məhv edilmişdir.[4]
2020-ci il 22 oktyabr tarixində, İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Prezidenti Genlik kəndinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildiyini elan etmişdir.[5][6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Genlik // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Tiflis. 1893. 235. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
- ↑ "Zəngilan rayonunun Genlik kəndi". Azerbaijan State News Agency. 2022-11-18. 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
- ↑ "Zəngilanın daha 13 kəndi işğaldan azad edildi". Qafqazinfo (az.). 2020-10-22. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.
- ↑ "Zəngilanın daha 1 qəsəbəsi və 13 kəndi işğaldan azad edilib". Report İnformasiya Agentliyi (az.). 2020-10-22. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-05.