Gədikvəng
Kənd | |
Gədikvəng | |
---|---|
39°55′10″ şm. e. 45°28′20″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.210 m |
Saat qurşağı | UTC 4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Gədikvəng — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.[1][2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Rayon mərkəzindən 24 km şimal-şərqdə, Erdəpin çayının sahilində, Alagöz çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edümişdir. Kəndin adı Qoturvəng, Qoduxvəng, Gedikvəng kimi göstərilsə də[4], Kəndin əsil adı "Gədikvəng"dir. Kəndin adı X əsrdə çəkilir[5].
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim Azərbaycan dilində "dağın beli, aşırım"[6], "dağın belində batıq yer, aşırım, dağ keçidi" mənasında işləqək gədik sözü ilə[7], "dini məbəd, kilsə, abidə"mənasında işlənən vəng sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1946-cı ilədək Qoturvəng adlanmışdır, lakin yerli tələffüz forması Qoduqvəngdir. Əgər toponim Gədikvəngdirsə, onda Azərbaycan dilində gədik və vəng "kilsə" sözlərindən ibarətdir və "gədikdə (dağ belində batıq yerdə) yerləşən vəng" mə’nasını verir.[8]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 142 nəfər, 1886-cı ildə 201 nəfər, 1897-ci ildə 206 nəfər, 1904-cü ildə 126 nəfər, 1914-cü ildə 138 nəfər, 1916-cı ildə 273 nəfər yalnız azərbaycanlı yaşamışdır[9]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra əhalinin sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 139 nəfər, 1931-ci ildə 171 nəfər[10], 1959-cu ildə 313 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 537 nəfər[11] 1987-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Azərbaycanlılar Ermənistan dövləti tərəfindən öz ata-baba torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис,. 1913.
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.138
- ↑ Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.212
- ↑ Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.69
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, III c., Bakı, "Elm", 1983. s.149
- ↑ Məmmədov N. G. Azərbaycan Respublikasının oronimləri, Bakı, Bakı Universiteti nəşriyyatı, 1999. s.115
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝәдиквәнҝ // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.Ҝәдиквәнҝ&rft.btitle='"`UNIQ--templatestyles-00000018-QINU`"'Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти&rft.place='"`UNIQ--templatestyles-00000019-QINU`"'Бакы&rft.pages=452 с&rft.pub='"`UNIQ--templatestyles-0000001A-QINU`"'Оғуз ели&rft.date=1998&rft.aulast=Будагов&rft.aufirst=Б. Ә.&rft.au=Гејбуллајев, Г. Ә.&rfr_id=info:sid/az.wikipedia.org:Gədikvəng" class="Z3988">
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.92–93, 162–163
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.93, 163
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.875