Gözəllik müsabiqəsi
Gözəllik müsabiqələri ənənəvi olaraq qadınların fiziki xüsusiyyətlərinin qiymətləndirildiyi müsabiqələrdir. Ancaq zamanla bu müsabiqələrin çoxunda müsabiqə iştirakçılarının şəxsi xüsusiyyətləri, zəkaları, bacarıqları və münsiflər heyətinin suallarına verdikləri cavabları da qiymətləndirmə meyarlarına daxil edilmişdir. “Gözəllik müsabiqəsi” termini çox vaxt subay qızların iştirak etdiyi milli və beynəlxalq müsabiqələri təsvir etmək üçün istifadə olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim dövrlər
[redaktə | mənbəni redaktə et]Homerin “İliada”sına görə, tarixdə məlum olan ilk gözəllik müsabiqəsi eramızdan əvvəl 2000-ci ildə indi Kaz dağları kimi tanınan İda dağında keçirilmişdir. Müsabiqənin iştirakçıları Eris, Hera, Afina və Afrodita olmuşdur. Gözəllərin hər biri Parisə onu seçməsi üçün öz təkliflərini vermişdirlər, lakin sonda Paris əlindəki almanı Afroditaya (Venera) verir. Müsabiqədən sonra Paris aşiq olduğu Heleni Afroditanın köməyi ilə qaçırır və Troya müharibəsinə səbəb olur.
Müasir dövr
[redaktə | mənbəni redaktə et]Müasir dünyanın ilk gözəllik müsabiqəsi 1888-ci il sentyabrın 19-da Belçikada Concours de Beaute adı altında 350 namizədlə keçirilmiş və axırda 18 yaşlı Berta Soucaret ilk gözəllik kraliçası elan edilmişdir.
İlk rəsmi və beynəlxalq müsabiqə 1908-ci il avqustun 14-də İngiltərənin Folkestone şəhərində, ilk Dünya Gözəllik Kraliçası müsabiqəsi isə 19 aprel 1951-ci ildə London festivalı çərçivəsində keçirilmişdir.
Tənqidlər
[redaktə | mənbəni redaktə et]Gözəllik müsabiqələrini mənfi nöqteyi-nəzərdən tənqid edənlərin fikrincə, bu müsabiqələr gənc qızların və qadınların fiziki görünüşünə görə qiymətləndirilməli olduğu fikrini müdafiə edir. Bu, qadınların bu gözəllik standartlarına çatmaq üçün moda, kosmetika, saç və hətta plastik əməliyyatlara pul və vaxt sərf etmələrinə səbəb olur ki, bu da öz növbəsində qadınların üzərindəki təzyiqi artırır. Tənqidçilərin fikrincə, bəzi qadınlar fiziki gözəllik adı ilə daxil olduqları pəhrizlərlə öz sağlamlıqlarına da zərər verirlər.