37°31′05″ şm. e. 45°08′43″ ş. u.HGYO

Göytəpə yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Göytəpə
Xəritə
37°31′05″ şm. e. 45°08′43″ ş. u.HGYO
Ölkə
Şəhər Urmiya
Yerləşir Urmiya gölünün qərb sahilində yerləşir
Aidiyyatı Eneolit
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri
Göytəpə (İran)
Göytəpə

Göytəpə yaşayış yeriQərbi Azərbaycan ostanının Urmiya ərazisində aşkar edilmiş arxeoloji abidə.[2]

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Göytəpə yaşayış yeri Urmiya gölünün qərbində, Urmiya şəhərindən 7 km cənub-şərqdə yerləşir. Abidədə aparılan səkkiz qazıntı sahəsindən yalnız birində Kür-Araz mədəniyyətinə aid edilən "K" təbəqəsinə rastlanmışdır. Abidənin mərkəzində yerləşən I qazıntı sahəsində (83 m²) Kür-Araz mədəni təbəqəsi bilavasitə Eneolit dövrünə aid edilən "М" təbəqəsinin üzərində yerləşir. Göytəpənin "K" təbəqəsi Barton- Braun tərəfindən aşağıdan yuxarıya doğru K1, K2, K3 olmaqla, üç tikinti qatına bölünmüşdür. Xarakterik keramika ilə fərqlənən bu tikinti qatlarındakı memarlıq qalıqları qazıntılar zamanı öyrənilməmişdir. Aşağı K1 təbəqəsində qalın kül layları halında güclü yanğın izləri, kömür qalıqları, ev tavanlarının yanmış ağaclarının qalıqları aşkar olunmuşdur. Bu təbəqədən, həmçinin çiy kərpicdən hörülmüş böyük divarın bir hissəsi də aşkar edilmişdir. Onun eni 1,65m-dir.[3]

K2 və K3 tikinti qatlarında müxtəlif dərinliklərdə çiy kərpicdən divar qalıqlarına, kiçik çay daşlarından hörülmüş təməl qalıqlarına rast gəlinmişdir. Çiy kərpiclər tam olaraq əldə edilməmişdir (? x 0,21 x 10 sm). Bəzi yerlərdə gillə suvanmış döşəmə qalıqları aşkar edilmişdir. Ocaqlar divarların yaxınlığında olmuş, lakin onların formasını müəyyən etmək mümkün olmamışdır.

K3 qatında döşəmədə qazılaraq ağzı yastı daşlarla örtülmüş çuxurun içərisində iri həcmli, yuvarlaq oturacaqlı, üç qulplu gil qabın olduğu müəyyənləşdirilmişdir. Şübhəsiz ki, bu qab ərzaq ehtiyatı saxlamaq üçün nəzərdə tutulmuşdur.[2]

Tapıntılar içərisində gil məmulatı üstünlük təşkil edir. Əldə edilən arxeoloji materiallardan gil təkər modelləri, heyvan fiqurları, iy başlıqları, muncuqlar diqqəti cəlb edir. Bu təbəqədən tunc nizə ucluğu, üzük, sancaq, metal çubuqlar tökmək üçün gil qəliblər də tapılmışdır. K3 təbəqəsindən götürülən kömürün analizi e.ə. 2574 146-cı ili göstərmişdir.[3]

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. 1 2 "GEOY TEPE" (ing. ). iranicaonline.org. 7 mart 2019 tarixində arxivləşdirilib.
  3. 1 2 Vəli Baxşəliyev. Azərbaycan arxeologiyası (PDF). I. Bakı: Elm nəşriyyatı. 2007. səh. 71.