Göy Qartallar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Göy Qartallar
Növü Aerobatika komandası
Yaranma tarixi 1968 (1968) - 2010 (2010)
Ölkə Birləşmiş Krallıq
Təchizatı Aérospatiale Gazelle
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göy Qartallar (ing. Blue Eagles) — Brirləşmiş Krallığa məxsus olmuş aerobatika eskadronudur.[1][2]Az sayda helikopterlərdən ibarət olan aerobatika komandalarında biri olmuşdur.

1968-ci ildə qurulmuşdur. İlk zamanlar uçuşlar üçün Bell 47[ing.] helikopterləri istifadə olunurdu, lakin maliyyə çatışmazlıqları səbəbində bir müddət fəaliyyətini dondurdu. 1982-ci ildə yenidən fəaliyyəti rəsmi olaraq bərpa olundu və Aérospatiale Gazelle[ing.] helikopterləri ilə uçuşlar həyata keçirməyə başladılar. 1992-ci ildən komanda Westland Lynx[ing.] helikopterləri ilə təmin olundu, lakin onun uçuş göstəriciləri aşağı olduğuna görə, yenidən əvvəlki helikopterləri istifadə vetməyə başladılar. 2001-ci ildə komandaya ilk britaniyalı qadın aviaşou pilotu Sgt Julie Wiles qoşuldu.[3] 2010-cu ildə helikopterlərin köhnəlməsi və maliyyə problemləri səbəbindən komanda ləğv olundu.

  1. "Blue Eagles History". 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  2. "Blue Eagles". 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  3. "It's a lady Blue Eagle". 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.