Future plc

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Future plc
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi publik məhdud məsuliyyətli şirkət[d]
Sənaye nəşriyyat
Məhsulu proqram təminatı[1]
Təsis tarixi 1985
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 2.395 nəf. (2021)
futureplc.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Future plcBirləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir.[2] "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir.[3] London fond birjasında (FUTR) siyahıya alınmışdır.[4]

"Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir.[5] Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır.[5]

Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır.[5] Anderson 2001-ci ildə şirkəti tərk etmişdir.[6]

Future plc brendləri

[redaktə | mənbəni redaktə et]

Media şirkəti çap və elektron nəşrlər, həmçinin müvafiq mükafatlar və tədbirlər də daxil olmaqla 150-dən çox brendə sahibdir. Jurnal və qəzetlərin əksəriyyəti Birləşmiş Krallıq və ya ABŞ-də yerləşir, lakin Avstraliya və digər ölkələrdən də nəşrlər var.[7]

  1. National Software Reference Library.
  2. Young, Eric. "South S.F. publisher buys another magazine". San Francisco Business Times. 2006-03-06. 2012-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-14.
  3. "Another blow to print journalism: Future Publishing profits fall 61%". Gamer Limit. 2009-11-28. 2012-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-14.
  4. Future plc Arxivləşdirilib 2012-04-18 at the Wayback Machine на сайте Лондонской фондовой биржи
  5. 1 2 3 Nicholas, Ruth. "Profile: Chris Anderson: Media with passion". The Independent. London. 1999-07-11. 2012-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
  6. Walters, Helen. "TED's Not Dead, But It Is Aging: The annual conference tries to reach out to a new generation, awkwardly". Business Week. 2010-02-18. 2010-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-14.
  7. "Brands". Future (ingilis). 2020-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]