Fuad Sezgin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fuad Sezgin
türk. Fuat Sezgin
Doğum tarixi 24 oktyabr 1924(1924-10-24)[2][3]
Doğum yeri
Vəfat tarixi 30 iyun 2018(2018-06-30)[2][3] (93 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri şərqşünaslıq[1], islam[1], Elm tarixi[1]
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
İş yeri
Təhsili
Elmi rəhbəri Hellmut Ritter
Mükafatları "Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandor xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fuad Sezgin (türk. Fuat Sezgin; 24 oktyabr 1924[2][3], Bitlis30 iyun 2018[2][3], İstanbul) — İslam tarixi, elm və texnologiya tarixi sahəsində çalışan türk alim.

Fuad Sezgin 24 oktyabr 1924-cü ildə Bitlisdə anadan olmuşdur.

İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Şərqşünaslıq İnstitutunda İslami Elmlər və Orientalistika sahəsində qabaqcıl bir yerə sahib olan alman orientalist Hellmut Ritterdən (1892–1971) təhsil almışdır. Ritterin müasir elmin meydana gəlməsində IX–XIII əslərdə Əndəlüs və Abbasilər dövlətlərindəki elm adamlarının da əhəmiyyətli töhfələri olduğunu vurğulaması, Fuad Sezginin bu sahəyə yönəlməsi ilə nəticələnmişdir.

1950-ci ildə Ərəb Dili və Ədəbiyyatı bölməsində "Buxarinin mənbələri haqqında araşdırmalar" adlı dissertasiya işini müdafiə etmişdir[4]. Bu mövzudakı tezisiylə o, hədis qaynağı olaraq İslam mədəniyyətində əhəmiyyətli bir yerə sahib olan Buxarinin bir araya gətirdiyi hədislərdə bilinənlərin əksinə olaraq, şifahi qaynaqlara deyil, İslamın erkən dövrünə, hətta VII əsrə qədər gedib çıxan yazılı mənbələrə əsaslandığı fikrini ortaya atmışdır. Bu teziz Avropa mərkəzli orientalistlər arasında hələ müzakirə edilməkdədir.

O, 1954-cü ildə İslam Araşdırmaları İnstitutunda dosent olmuşdur. O, burada Zeki Velidi Toqan ilə çalışmışdır.

27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. Sadəcə bir çamadanla getmək məcburiyyətində qaldığı ölkə xaricində eyni sahədə çalışan şərqşünas qısqanclıqları ilə qarşı-qarşıya qalsa da, yaşadığı çətinliklər qarşısında əsla təslim olmadığını ifadə etmişdir. Ayrıca bu dövrdə yaşadığı çətinliklərlə necə mübarizə apardığını bu sözlərlə açıqlamışdır:

"Mən buna inanmışdım artıq. Bütün müsibətlər qarşısında yalnız Allaha inanacaqsan, başqa heç bir şeyə deyil."[5]

1961-ci ildə Almaniyaya gedən Fuad Sezgin Yohann Volfqanq Göte adına Frankfurt Universitetində əvvəlcə qonaq dosent statusunda dərs keçdi. 1965-ci ildə professor oldu. Oradakı elmi işlərinin ağırlıq mərkəzi Ərəb-İslam mədəniyyəti ətrafında təbii elmlər tarixi sahəsi olmuşdur və bu sahədə 1965-ci ildə elmi iş hazırlamışdır. Hələ İstanbulda ikən başladığı VII–XIV əsrdən etibarən inkişaf edən Ərəb-İslam ədəbiyyatı tarixi işinə (alm. Geschichte des arabischen Schrifttums‎) Almaniyada da davam edərək, orientalistik işləri üçün onu mənbə əsər halına gətirmiş; hələ çap olunmamış 13 cildlik əsərinin ilk cildini 1967-ci ildə, son cildini isə 2000-ci ildə nəşr etdirmişdir.

Səudiyyə Ərəbistanının və başqa mənbələrin dəstəyi ilə Sezgin 1982-ci ildə Yohann Volfqanq Göte adına Frankfurt Universitetinə bağlı Ərəb-İslam Elmləri Tarixi İnstitutunu və 1983-cü ildə buranın muzeyini qurmuşdur. O, hazırda da oranın direktorudur. İnstituta bağlı olaraq qurduğu muzeydə Sezgin, İslam mədəniyyəti ətrafında müsəlman alimlər tərəfindən hazırlanmış alətlərin və elmi vasitə və vəsaitlərin yazılı mənbələrə əsaslanaraq hazırlanmış nümunələrini sərgiləməkdədir.

Fuad Sezgin 25 may 2008-ci ildə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə bağlı İstanbul İslam, Elm və Texnologiya Muzeyinin açılmasında da aparıcı rol oynamışdır.

Fuad Sezgin həmkarı Dr. Ursula Sezginlə evlidir və birlikdə Frankfurta yaxın bir yerdə yaşayırlar. Onların qızı Hilal Sezgin də Almaniyada yaşayır; o, jurnalist və yazardır.

  • Kral Feysəl Mükafatı (1978)
  • "Frankfurt am Main Goethe" lövhəsi (1980)
  • Almaniya I Dərəcə Federal Xidmət Medalı (1982)
  • Almaniya Üstün Xidmət Medalı (2001)
  • İran İslami Elmlər Kitab Mükafatı (2004)
  • Hessen Mədəniyyət Mükafatı[q 1][6] (2009)
  1. Prof. Dr. Fuad Sezgin Almaniyada ona vermək istədikləri Hessen Mədəniyyət Mükafatını rədd etmişdir. Buna səbəb kimi Qəzzə qırğınları ilə bağlı hadisələrə İsrail tərəfdarı kimi reaksiya vermiş Alman Yəhudiləri Birliyinin başçısı Salomon Kornla birlikdə eyni mükafatı ala bilməyəcəyini göstərmişdir.
  • Ərəb Dili Akademiyası (Qahirə)
  • Ərəb Dili Akademiyası (Dəməşq)
  • Mərakeş Kral Akademiyası (Rabat)
  • Ərəb Dili Akademiyası (Bağdad)
  • Türkiyə Elmlər Akademiyasının fəxri üzvü

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]