Fuad Rüstəmov
Fuad Rüstəmov | |
---|---|
2 dekabr 1987 – 4 aprel 1990 | |
Əvvəlki | Yuri Şedrin |
Sonrakı | Arif Aslanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1947 |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Fuad Qara oğlu Rüstəmov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1987–1990).
Həyatı
[redaktə | mənbəni redaktə et]Fuad Qara oğlu Rüstəmov 1947-ci ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.[1]
Əmək fəaliyyətinə 1968-ci ildə Azərbaycan Dəmir Yolu İdarəsində başlamış, qovşaq avtobazasının ustası, mühəndis-mexaniki, baş mexaniki, baş mühəndisi vəzifələrində işləmiş, sonra Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Sərnişin Daşımaları İstehsalat İdarəsinin baş dispetçeri, sənaye müəssisələri idarəsinin mühəndisi, yük daşımaları idarəsinin aparıcı böyük mühəndisi, idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Təqribən iki il elmi-tədqiqat işi ilə məşğul olmuşdur.[1]
Fuad Rüstəmov 1981-ci ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Avtomobil Nəqliyyatı Birliyinin ("Bakısənayenəqliyyat") baş direktoru vəzifəsinə irəli çəkilmişdir. 1987-ci ilin dekabr ayından isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri vəzifəsində işləmişdir.[1]