Fuad Qasımzadə
Fuad Qasımzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 oktyabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 3 avqust 2010 (80 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | alim |
Atası | Feyzulla Qasımzadə |
|
|
Təltifləri |
Qasımzadə Fuad Feyzulla oğlu (22 oktyabr 1929, Bakı – 3 avqust 2010, Bakı) — tanınmış Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
Həyatı
[redaktə | vikimətni redaktə et]Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olmuş, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirmişdir. O dövrdə məktəbi bitirənlər may-iyun ayında 40 gün ərzində 14 fəndən imtahan verirdilər. Gənc Fuad bütün fənlərdən əla qiymət almışdır.[1]
1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitet Elmi Şurasının qərarı ilə fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır.
Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim etmişdir. 60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.
1966-cı ildə o "Füzulinin dünyagörüşü" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə isə eyniadlı monoqrafiyası çap olunmuşdur.
1968-ci ildə "Qəm karvanı", yaxud "Zülmətdə nur" monoqrafiyası çap edilmişdir. Sonrakı illərdə onun Füzuli haqqında 20-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.
1970-ci ildə Fuad Qasımzadənin "İdman, gözəllik və estetika" adlı əsəri çap edilmişdir.
Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Akademik Fuad Qasımzadə uzun müddət Bakı Dövlət Universitetində müdafiə şuralarının üzvü və sədri kimi fəaliyyət göstərmişdir. Çox sayda aspirant və dissertantların elmi rəhbəri kimi onların alimlik dərəcəsi almasına yardımçı olmuşdur. F. Qasımzadə BDU-nun texniki fakültələr üzrə fəlsəfə kafedrasının müdiri olmuşdur.
F. Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitabın və 500-dən çox elmi məqalə çap etdirmişdir. F. Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.
Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilmişdir[2][3]
3 avqust 2010-cu ildə Bakı şəhərində ağır xəstəlikdən sonra vəfat etmişdir. Fuad Qasımzadə Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir.
- Feyzulla Qasımzadənin oğludur
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Simurq-az.org - Fuad Qasımzadə". 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
- ↑ "Arxivlənmiş surət". 2010-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-03.
- ↑ "Arxivlənmiş surət". 2010-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-04.
Mənbə
[redaktə | vikimətni redaktə et]- "İdrakına, fəlsəfəsinə güvənən alim". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 39.
- 22 oktyabrda doğulanlar
- 1929-cu ildə doğulanlar
- Bakıda doğulanlar
- 3 avqustda vəfat edənlər
- 2010-cu ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan filosofları
- Azərbaycanın dövlət müşavirləri
- XX əsr Azərbaycan filosofları
- XXI əsr Azərbaycan filosofları