Fedra
Fedra | |
---|---|
q.yun. Φαίδρα | |
Mifologiya | qədim yunan mifologiyası |
Cinsi | qadın[d] |
Atası | Minos[1] |
Anası | Pasifaya[1] |
Qardaşı və bacısı | Ariadna, Katrey[d] |
Əri | |
Vikianbarda əlaqəli mediafayllar |
Fedra (q.yun. Φαίδρα) — yunan mifologiyasında[2] Krit hökmdarı Minosun və Pasifayanın qızı[3], Teseyin arvadı, Demofontun və Akamantın anası. Tesey onu Devkalionun köməkliyi ilə almışdı. Afinada Afrodita məbədgahı tikdirmişdir[4].
Yunan əfsanəsinə görə Tesey Fedranın bacısı Minotavrı öldürməkdə ona kömək etmiş, Ariadnanı atıb gedəndən sonra onunla evlənmişdi. Fedra ərinin amazonkaların hökmdarı İppolitadan olan oğlu İppolitə aşiq olmuşdu. Bir varianta görə Fedra İppolitin ona cavab vermədiyini görəndə ərinə oğlunu günahlandıran bir məktub yazaraq özünü asmış, Tesey isə oğlunu ölkədən qovmuş, bir qədər keçəndən sonra İppolit arabada qəzaya uğrayıb həlak olmuşdu. Digər versiyaya görə Tesey oğlunu lənətləyib Poseydona onu öldürməsi üçün yalvarmış, Poseydon onun dualarını eşidib İppoliti öldürdükdən sonra Fedra özünü asmışdı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Phaedra (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 21. P. 341.
- ↑ Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.559–560
- ↑ Псевдо-Аполлодор. Мифологическая библиотека III 1, 2 далее
- ↑ Еврипид. Ипполит 31–34
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |