Fatma Gövhəri Sultan
Fatma Gövhəri Sultan | |
---|---|
فاطمة الجيفري سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çamlıca köşkü, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Mahmud türbəsi |
Fəaliyyəti | bəstəkar |
Atası | Mehmed Seyfəddin Əfəndi |
Anası | Nervaliter xanım |
Dini | Sünni, İslam |
Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanı və Osmanlı bəstəkarı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, ud və piano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi. Bir müddət Fransada, daha sonra isə Qahirədə yaşadı. 1952-ci ildə qəbul edilən əfv qanunu ilə Türkiyəyə döndü. Dönərkən atasından yadigar saxladığı musiqi alətlərini və notlarını da özüylə birlikdə gətirdi. Burada Taksim meydanındakı kiçik bir binada Yusif İzzəddin Əfəndinin qızı Mehriban Mihrişah Sultanla birlikdə yaşadı. 10 dekabr 1980-ci ildə burada vəfat etdi və Sultan Mahmud türbəsində dəfn olundu.