Faiq Mirzəyev
Faiq Mirzəyev | |
---|---|
Digər adı | Faiq Mirzə |
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor, rejissor, teleaparıcı |
Faiq Mirzəyev — azərbaycanlı aktyor, teleaparıcı.
Həyatı
[redaktə | vikimətni redaktə et]1965-ci ildə Quba şəhərində anadan olub. 1972-ci ildə Quba şəhəri 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib. 1987-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və 1992-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Musiqili Komediya teatrına dəvət alıb.
O eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında və “İlham” miniatür teatrının səhnəsində də bir sıra yaddaqalan obrazlar yaradıb.
Faiq Mirzəyev 1996-cı ildən sənət taleyini televiziyaya bağlayaraq Qubada fəaliyyət göstərən “Xəyal“ və “Qütb” televiziyalarının təşəkkül tapmasında böyük əmək sərf edib. O, 2007-ci ildən Azərbaycanda ilk rəqəmsal televiziya kimi fəaliiyətə başlayan və yayım dairəsi daha geniş olan RTV-nin yaranmasıda fəal iştirak edib. Bu televiziyada o, aparıcı kimi işə başlayaraq yaradıcılıq departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. RTV-də çalışdığı 5il müddətində Faiq Mirzəyev yerli televiziya kadrlarının hazırlanmasnda və bir çox müəllif verilişlərinin ərsəyə gəlməsində nəinki bir müəllif və aparıcı kimi hətta çox bacarıqlı rejissor kimi də fəaliyyət göstərmişdir.
Hal-hazırda Faiq Mirzəyev ARB TV-də ömrünü Azərbaycan teatr və kino sənətinə həsr etmiş korifey sənətkarlarımızın,elm, təhsil və siyasət sahəsində caləşan görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən “Ömrün fəsilləri” verilişinin layihə rəhbəri, aparıcısı və rejissorudur. Qeyd edək ki o, müxtəlif vaxtlarda ARB (Region) TV-də aparıcı, rejissor, yaradıcılıq departamentinin direktoru, baş redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib. Hal-hazırda o,aktyor kimi fəaliyyətini davam etdirərək film və seriallarda müxtəlif xarekterli obrazlar yaradır.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Xarı bülbül (bədii musiqili film)
- Ultionis
- Təxribat
- BP - 20 il
- 2016 Şahmat olimpiyadası (Tanıtım Filmi)
- Həyat varsa (teleserial 2012-2014) (Oğul dərdi)
- Pərvanələrin rəqsi (teleserial, 2012)
- Tək olanda qorxma (teleserial, 2013)
- Babayevlər (teleserial, 2013)
- Addım (film)
- Hippokrat andı (teleserial, 2014)
- Yumurta (bədii film, 2015)
- Qaynana (teleserial)
- Həyat çiçəyi (teleserial)
- Sindrom (teleserial)
- Sənə inanıram (teleserial)
- Qanlı Yanvar (film, 2015)
- Zəng (qısametrajlı film, 2015)
- Həyatımın rolu (qısametrajlı film, 2016)
- Qanun naminə (serial, 2016)
- Məryəm (teleserial, 2016)
- Otel X (bədii film, 2016)
- Hədiyyə (qısametrajlı film, 2017)
- İki yad adam (qısametrajlı film, 2017)
- Bir zamanlar Şəkidə (ing. The Game)(bədii film, 2017) (rol: Yuri)[1][2]
- Qayınana 2 (bədii film, 2018)
- Taksi Liza (bədii film, 2018)
- Müslüm Maqomayev (serial. 2018)
- Sevgi naminə (serial, 2019)
- Solğun çiçəklər (serial, 2019)
- Beşinci fəsil (bədii film, 2019)
- Hozu 2 (bədii film, 2019)
- 52-HERTZ (qisametrajlı film, 2020)
- Xarqo (qisametrajlı film, 2020)
- Zona (film, 2022)
Mənbə
[redaktə | vikimətni redaktə et]- [1] Arxivləşdirilib 2014-07-08 at the Wayback Machine
- ↑ "Azərbaycan və türk aktyorlarının birgə çəkildikləri "The game" filminin çəkilişləri davam edir". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
- ↑ "Şəkidə türk aktyorlarının iştirakı ilə film çəkilir". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.