Fərik Poladbəyov
Fərik Poladbəyov | |
---|---|
Doğum tarixi | 1897, 14 avqust 1897 və ya 2 (14) avqust 1897[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1918[1] |
Fəaliyyəti | yazıçı, siyasətçi |
Partiyası |
Fərik Egit Poladbəyov (kürd. Fêrîkê Egît Polatbêkov)) və ya Fyodor Matveyeviç Lıtkin (rus. Федор Матвеевич Лыткин; 1897, 14 avqust 1897 və ya 2 (14) avqust 1897[1], İrkutsk vilayəti – 16 noyabr 1918[1]) — kürd əsilli SSRİ siyasətçisi, şairi, jurnalisti, bolşevik inqilabçısı. O, Sibirdə sovet hakimiyyətinin qurulmasında iştirak etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Fərik Poladbəyov 1897-ci ildə Rusiya imperiyasında, İrkutsk vilayətində anadan olmuşdur. Onun atası, yezidi əsilli Egit indiki Türkiyəyə bağlı Qars vilayətinin Diqor rayonunun Xarabadiqor (indiki Uzunqaya) kəndindəndir, lakin sonradan Sibirə sürgün edilmişdir. Poladbəyovun anası rus əsilli Anna Kartaşeva olmuşdur.[2][3] O, 1907-ci ildə ailəsi ilə birlikdə atasının doğulduğu Qars vilayətinə, Diqora qayıtmış və həyatını orada davam etdirmişdir. Onun Baso adlı bir qardaşı, Nure və Marusya adlı iki bacısı var idi. Rusdilli sənədlərdə onun adı Fyodor Lıtkin kimi hallanır. "Lıtkin" anasının birinci həyat yoldaşının lastdır, Fyodor isə anasının ona verdiyi addır.[4]
Valideynləri ayrıldıqdan sonra anası Anna Fərik və qardaşı Marusyanı götürüb Sibirə qayıtmışdır. Poladbəyov İrkutsk Gimnaziyasında poeziya və sosializmlə tanış olmuşdur. 1915-ci ildə Anna vəfat etmişdir, Poladbəyov həmin il ona həsr etdiyi "Gənclik mahnısı"nı (rus. Песня юности) şeir kitabını dərc etdirmişdir. Poladbəyov Diqora gedərək bacısını götürmüş, 1917-ci il iyulun sonunda Sibirə qayıtmış və Olqa adlı qadınla Tomsk şəhərində məskunlaşmışdır. Burada Tomsk Universitetinin filologiya fakültəsinə daxil edilmişdir. Sentyabr ayında onun məqalələri bolşevik "Znamya revolyutsii" (İnqilab bayrağı) qəzetində dərc olunmağa başlamışdır.[4]
Tomsk sovet seçkilərində ən böyük partiya seçilən bolşeviklərə qarşı eserlər, menşeviklər və demokrat kadetlər kimi bütün digər partiyalar birləşərək öz antisovet güc tərəfdaşlıqlarını yaratmışdlar. 1917-ci il Oktyabr inqilabından sonra Tomskda bolşeviklər sovet hakimiyyətini qurmaq uğrunda mübarizə aparmışdır. Bolşevizmin əleyhdarları 15 dekabr 1917-ci ildə Tomsk sovetinin iclasını sabotaj etmiş, iclasın keçirildiyi binanı yandırmışdılar. Fərik yanğından çətinliklə xilas olmuşdur.[4]
O, 21 yaşında Sibirdə sovet hökumətində daxili işlər naziri, Sibir Mərkəzi İcraiyyə Şurasının (Sentrosibir) üzvü vəzifələrində çalışmışdır. Fərik Poladbəyov 17 –22 noyabr 1918-ci il tarixlərində əsir götürülmüş Ağ ordu və Çexoslovakiya əksinqilabi qoşunları tərəfindən öldürülmüşdür.[4]
İrsi
[redaktə | mənbəni redaktə et]1970-ci illərdə İrəvanda kürd uşaqlar üçün hazırlanan "Kürd dili və ədəbiyyatı" kitablarında Fərik Polatbeyovun şəxsiyyəti və ədəbi əsərləri də yer almışdır.[5] Kürd folklorşünası Haciye Cindi 1967-ci ildə yazdığı "Çağırış" tarixi romanında Poladbəyovun ailəsinin həyatını təsvir etmişdir.[6]
Ermənistanın Armavir mərzinə tabe olan, əhalisinin əksəriyyəti yezidilərdən ibarət olan Fərik kəndinin adı onun şərəfinə verilmişdir.[7] Kəndin əvvəlki adı Kürəkənd olmuşdur.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
- ↑ Аджие Джинди. И пришла весна. Москва. 1978.
- ↑ Лыткин, Фёдор Матвеевич (Полот-бек Ферик Фетько) // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978. 600 ст.[в 30 т.]&rft.place='"`UNIQ--templatestyles-00000020-QINU`"'М.&rft.pages=600 ст.&rft.edition=3-е изд.&rft.pub=Советская энциклопедия&rft.date=1969/1978&rfr_id=info:sid/az.wikipedia.org:Fərik Poladbəyov" class="Z3988">
- ↑ 1 2 3 4 5 Badem, Candan; Alakom, Rohat. "Ferik Polatbekov (1897-1918): Karslı Bir Kürdün Digor'dan Sibirya'ya Uzanan Öyküsü". Kürt Tarihi (3). oktyabr–noyabr 2012. 15 Ağustos 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2023.
- ↑ Celil, Ordixane. Zmane kurdi. İrəvan: Miroê Esed. 1975. 76–78.
- ↑ Cindi, Heciye. Hewari. İrəvan, Moskva: Sov. Pisatel. 1967.
- ↑ "Rediscovering Armenia" (PDF) (ingilis). US embassy to Armenia's website. Haziran 2000. 26 Haziran 2008 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 yanvar 2023.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Гражданская война и военная интервенция в СССР: Энциклопедия. — М.: Сов. Энциклопедия, 1987. — С. 341.
- Сальников Ю. В. В неумирающих мечтах. Документальная повесть, Новосибирск, 1970.
- Литературная Сибирь: критико-биобиблиогр. слов. писателей Вост. Сибири / сост.: В. П. Трушкин, В. Г. Волкова. — Иркутск, 1986. — Вып. 1. — С. 266–269.
- Килессо Г. По следам иркутской легенды. Иркутск : Вост.-Сиб. кн. изд-во, 1970
- Рябиков В. В. Федор Лыткин (Полотбек Ферик Фетько). Новосибирск, 1950; Сальников Ю. В. Федор Лыткин. М., 1976.
- Can, Hüseyin. Kürtler ve Stalin (PDF). İşçi Kolektifi Yayınları. 31–36. 1 Aralık 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 yanvar 2023.