Euglyphidae
Euglyphidae | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Euglyphidae |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Euglyphidae (lat. Euglyphidae) — İbtidailərin Imbricatea sinfinə daxil olan fəsilədir.
Xarakterik əlamətləri
[redaktə | vikimətni redaktə et]Hər yerdə yayılmış xırda orqanizmlərdir. Çanaqları endogen mənşəli silisium lövhəcikləri ilə örtülmüşdür. Mineral hissəciklər və ya başqa eksozgen ünsürləri yoxdur. Girdə və ya ovalvarı idiosomlar bəzən bir-birinin üzərinə çıxaraq düzgün sıralar əmələ gətirir, ya da nizamsız yerləşir. Çanaqları akrostomdur, baş oxun üzərində olan ağızcıq çökməmişdir. O, modifikasiya etmiş idiosomlarla – ağzıyanı lövhəciklərlə hüdudlana bilər. Euglypha cinsinin nümayəndələrində bunlar növ xüsusiyyəti səciyyəsi daşıyır. Başqa hallarda ağızın ətrafında forması düzgün olmayan dişciklər ola bilər. Bu dişciklər idiosomlardan yox, idiosomların altında olan və onları bir-birinə bərkidən üzvi maddələrdən əmələ gəlir. Ağızcığın kənarında hamar və ya dar, şəffaf pərdə şəklində kiçik qalınlaşma ola bilər.[1]
Növləri və yayılması
[redaktə | vikimətni redaktə et]Azərbaycanda 7 növü aşkar edilmişdir: Euglypha laevis Perty – Lənkəranda arx suyunda, dəmirağacının koğuşunda; E. Mugronata Leidy – Dəvəçi yaxınlığındakı Altıağac kəndində bataqlıqda; E. Alviolata Dujardin – Lənkəranın düyü tarlalarında; E. Giliata Leidy – Lənkəranın düyü tarlalarında; Euglypha sp.1 və Euglypha sp.2 – Lənkəranda sitrusaltı sarı torpaqlarda; Assulina minor Ehrenberg – bulaqda, ağac koğuşunda tapılmışdır[2].
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.