Etnologiya
Etnologiya (yun. ἔθνος, xalq -loqos — təlim, elm) — etnik prosesləri öyrənən elmdir.
Etnologiyanın predmet və obyekti
[redaktə | mənbəni redaktə et]Etnologiya termininin özü yunan dilindən götürülmüş iki sözdən ibarətdir – etnos (xalq) və loqos (söz, elm, təlim). Antik dövrdə qədim yunanlar onlardan dili, dini, həyat tərzi, adət və ənənələri baxımından fərqlənən digər xalqları – qeyri-yunanları etnos adlandırırdılar. Məhz bu mənada etnos anlayışı Roma mədəniyyətinə və latın dilinə daxil olmuşdur. Sonralar latınlaşdırma nəticəsində “etnik” (ethnikos) anlayışı meydana gəlmişdir. Bibliya mətnlərində bu anlayış “bütpərəst, qeyri-xristian” mənasında işlənir. XIX əsrə qədər “etnologiya” anlayışından müstəqil bir elmin adı kimi deyil – yalnız müxtəlif növ etnoqrafik proseslərin təsviri zamanı istifadə edilirdi.Bu anlayışdan xalqlar və xalq mədəniyyətləri haqqında elmin adlandırılması üçün istifadə edilməsini fransız alimi Jan Jak Amper təklif etmişdir.1890-cu ildə Amper “antropoloji” (humanitar) elmlərin təsnifatını işləmiş və bu təsnifata etnologiyanı da daxil etmişdir.
Etnoslararası və etnomədəni proseslərin bir çox müasir aktual və mürəkkəb olan problemlərin öyrənilməsi, bu sahədə müsbət nəticə verə biləcək yeni layihələrin hazırlanması və tətbiqi üçün digər ictimai elmlərlə yanaşı etnologiya da olduqca böyük əhəmiyyətə malikdir. Etnologiyanın bir müstəqil elm kimi təkamülü avropalılar tərəfindən “yad” xalqların mədəniyyətlərinin tədqiq edilməsindən başlayır. Mədəniyyətlərdə fərqlərə istinadən etnik tədqiqatların aparılması indi də bir çox etnoloji tədqiqatların prioritet istiqamətidir. Burada isə etnik mədəniyyətlərin funksional vəzifələri və səviyyələri, onların digər tiplərə aid olan mədəniyyətlərlə qarşılıqlı əlaqələri və qarşılıqlı fəaliyyəti ən vacib məsələlərdir.
Etnologiyanın etnoqrafiya, mədəniyyət və sosial antropologiya ilə əlaqəsi
[redaktə | mənbəni redaktə et]Dünya alimlərini çoxdan narahat edən məsələlərdən biri də başqa-başqa səviyyələrdə olan mədəniyyətlərin bir-biri ilə toqquşmasız, dinclik şəraitində fəaliyyət göstərməsidir. Ənənəvi və modernləşmiş mədəniyyətlərin keyfiyyət fərqləri, onların struktur xüsusiyyətləri, etnomədəni prosesdə adət-ənənə və mərasimlərin əhəmiyyəti ayrı-ayrılıqda hər mədəniyyətin hərtərəfli dərk edilməsi üçün həlledici əhəmiyyətə malikdir. Nəhayət, hər bir etnosunhəyatı digər etnoslarla qurulan qarşılıqlı əlaqələrdən xeyli dərəcədə asılıdır. Müxtəlif növlərə aid olan etnoslararası və etnomədəni əlaqələrin öyrənilməsinin əsas məqsədi müasir etnik proseslərin inkşafı və fəaliyyəti mexanizmlərinin, mədəni təcrübənin ötürülməsi formalarının və insan tərəfindən “yad” sosiomədəni mühitin mənimsənilməsi vasitələrinin izahedilməsidir. Bir çox elmlərin nümayəndələri qeyd edirlər ki, müasir dünyada bir-birinə əks olan iki tendensiyanın- diferenssiasiya və inteqrasiya tendensiyalarının güclü təsiri duyulur. Məhz buna görə də etnoslararası kommunikasiyalar həm etnosların bir-birinə yaxınlaşması, həm də onlar arasında yaranan mənfi proseslərin( qarşıdurma, düşmənçilik) güclənməsi ilə nəticələnir. Etnoslararası konfliktlərin mənşəyi və səbəbləri məsələsi isə müasir etnologiyanın aktual problemlərindən biridir. Bütün elmi bilik sahələrinin tarixi göstərir ki, onlar həmişə praktik tələbatın nəticəsində meydana gəlirdi. Bu baxımdan etnologiyanın bir müstəqil elm kimi meydana gəlməsi də istisna deyildir. Avropa ölkələrinin alim-etnoloqlarının tədqiqatları inandırıcı şəkildə sübut dir ki, bəşəriyyətin bütün inkşaf mərhələlərində (ibtidai dövrdən bu günə qədər) insanlar yalnız doğma xalqının mədəniyyəti, adət-ənənələrinə qarşı deyil, qonşu xalqların mədəniyyətinə qarşı daim maraq göstərmiş, onlar haqqında həmişə maraq toplamışlar. Bu biliklər onlara ətraf mühitdə yaşayıb fəaliyyət göstərməkdə xeyli kömək etmişlər. Yaxın və Uzaq xalqlar haqqında müxtəlif məlumatlara Mesopotomiya, Misir, İran və digər qədim dövlətlərin miflərində, nağıl və əfsanələrində, bir sıra qrafik təsvirlərdə rast gəlmək olar .
Qeyd etməliyik ki, antik dövrə qədər bu cür kifayət qədər dəqiq və dürüst məlumatlar artıq toplanmışdır. Məhz buna görə o dövrdə Qədim Yunanıstanda və Qədim Romada bu məlumatların hətta sistemə salınması sahəsində müəyyən fəaliyyət müşahidə olunurdu. Həmin sistemləşdirilmiş məlumatlar etnoqrafik təsvirlərin əsasını təşkil etmişlər. Lakin onların mahiyyətini etnosentrizm- öz mədəniyyətini etalona çevirərək digər etnosları mədəni səviyyələrindən asılı olaraq sivilizasiya etmiş və vəhşi xalqlara bölünməsi təşkil edirdi.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Сайт описывает языки и этнические группы, найденные во всем мире, сгруппированные по этническим государствам.
- Сеть, соединяющая молодых антропологов и студентов антропологии разных стран.
- Division of Anthropology, American Museum of Natural History — Более чем 160 000 этнических объектов из Тихого океана, Северной Америки,Африки, азиатские этнографические собрания с изображениями и детализированным описанием, связанным с оригинальными страницами каталога, полевыми портативными компьютерами, и фотографиями доступны онлайн.
- Юрий Семёнов «Предмет этнографии (этнологии) и основные составляющие ее научные дисциплины»
- Н. Розенберг, Е. Плеханова. Этнофутуризм и этническая идентификация в искусстве России конца XIX — начала XXI века // Современные трансформации российской культуры. М.: Наука, 2005, с. 281—302