Etilenoksid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Etilenoksid
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C₂H₄O[2]
Molyar kütlə 44,0526 q/mol
Fiziki xassələri
Sıxlıq (Şablon:Прояснить при температуре 10 °C для жидкой окиси этилена)[1] 0,8824 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −171 ± 0 ℉[3], −111,7 °C[4]
Qaynama nöqtəsi 51 ± 1 ℉[3], 10,6 °C[4]
Buxarın təzyiqi 1,46 ± 0,01 atm[3]
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,35965[5]
Təsnifatı
CAS-da qeyd. nöm. 75-21-8
PubChem
SMILES C1CO1
RTECS KX2450000
ChEBI 27561
ChemSpider

Etilenoksid (C2H4O) xarakterik, şirintəhər efir iyli, 298 K temperaturda rəngsiz qaz və ya 273K temperaturda axıcı mayedir.

Fiziki-kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Qaynama temperaturu 283.7 K, ərimə temperaturu -384.3, suda, spirtdə, efirdə və digər üzvi həllediclərdə yaxşı həll olur.

Etilenoksid əsasında alınan polimer-polietilenoksid [-OCH2CH2-]n suda, benzolda, karbon dördxloriddə, xloroformda və bir sıra digər həlledicilərdə həll olur.

Aşağı molekul kütləli polietilenoksid toxuculuq sənayesində köməkçi komponent, hidravlik mayelərdə qatılaşdırıcı, kosmetikada, farmokologiyada, keramika və həmçinin poliuretanlar istehsalında istifadə olunur.

Yüksək molekul kütləsinə malik polietilenoksid filizin zənginləşdirilməsində flokulyant və koaqulyant kimi, çöküntülərin, asılqanların və kömür tozunun və s. qatılaşdırılmasında və ayrılmasında flokulyant və koaqulyant kimi istifadə edilir. Suda həll olan polietilenoksid plenkalar qida məhsullarının, mürəkkəbi və boyaların, aqrokimyəvi preparatların qablaşdırılmasında istifadə olunur. Polietilenoksid həmçinin neftin təkrar hasilatının effektivliyini artırmaq üçün də istifadə edilir. Etilenoksid və propilenoksidin blok birgəpolimerləri qeyri ionogen səthi aktiv maddələrdir (SAM). Aşağı molekul kütləli polietilenoksid etilen oksid qlikollarla polibirləşməsi ilə alınır. Yüksək molekul kütləli polietilenoksid etilenoksidin suspenziyada polimer üçün çökdürücü olan həlledicilər iştirakında polimerləşməsindən alınır. Etilenoksid bir çox dəyərli məhsulların-məsələn, polietilenqlikolun alınmasında istifadə olunan etilenqlikolun, poliefir liflərin, antifriz, soyuducu aqentlərin istehsalında və həmçinin həlledici kimi tətbiq olunur[6].

  1. "Таблица органических соединений". Новый справочник химика и технолога. Основные свойства неорганических, органических и элементоорганических соединений. ChemAnalitica.com. 2009-03-31. 2014-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-21.
  2. Oxirane (ing.).
  3. 1 2 3 http://www.cdc.gov/niosh/npg/npgd0275.html.
  4. 1 2 David R. Lide, Jr. Basic laboratory and industrial chemicals (ing.): A CRC quick reference handbook. CRC Press, 1993. ISBN 978-0-8493-4498-5
  5. http://chemanalytica.com/book/novyy_spravochnik_khimika_i_tekhnologa/12_obshchie_svedeniya/6084.
  6. A.H. Həsənov, M.C. İbrahimova, M.K. Məmmədov, M.N. Əmiraslanova, R.V. Əliyeva. Monomerlərin kimyası və texnologiyası. Bakı-Elm-2014. S.182-183