Ester Hayut

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ester Hayut
ivr.אסתר חיות‏‎
26 oktyabr 2017 – 16 oktyabr 2023
ƏvvəlkiMiriam Naor
Şəxsi məlumatlar
Doğum adı Esther Avni
Doğum tarixi 16 oktyabr 1953(1953-10-16)[1] (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti vəkil, hakim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ester Hayut (ivr.אֶסְתֵּר חַיּוּת‏‎; 16 oktyabr 1953[1], Herzliya, Təl-Əviv dairəsi və ya İsrail) — İsrail Ali Məhkəməsinin baş hakimidir . O, 2017-ci ilin oktyabr ayının 26-da vəzifəyə gəlib və 2023-cü ilin oktyabrına qədər bu vəzifədə qalacağı gözlənilir.[2]

Ester "Esti" Avni İsrailin Herzliya şəhərində, Rumıniyalı Holokostdan sağ çıxan Yehuda və Yehudit Avninin ailəsində anadan olub.[3] Valideynləri gənc olanda boşanıblar və atası Böyük Britaniyaya mühacirət edib. 17 yaşında o, yenidən evlənmiş anası ilə yaşamaq üçün Eylat şəhərinə köçmüşdür. 1971-ci ildə Eylatda orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra İsrail Müdafiə Qüvvələrinə qoşulub.[4] Ordudan ayrıldıqdan sonra Hayut Təl-Əviv Universitetində hüquq fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib.[5][6] Hüquq təhsili zamanı o, əri olacaq David Hayutla tanış oldu. Hayut İsrailin keçmiş ədliyyə naziri Haim Yosef Zadokun hüquq bürosunda təcrübə keçib və 1977–1985-ci illərdə vəkilin köməkçisi kimi işləməyə davam edib. Bürodan ayrıldıqdan sonra Hayut, əri ilə ticarətdə ixtisaslaşmış müstəqil ofis açıb.

1990-cı ilin mart ayında O, Təl-Əviv Sülh Məhkəməsinin[5] hakimi təyin edilmişdir, daha sonra isə Təl-Əviv rayon Məhkəməsinə təyin edildi.[7] 2003-cü ilin mart ayında İsrail Ali Məhkəməsinin üzvü təyin edilib.

2015-ci ilin may ayında, Hayut, 20-ci Knesset Mərkəzi Seçki Komitəsinin sədri təyin edilib.[8]

Hayut 2017-ci ildə Miriam Naorun yerinə İsrail Ali Məhkəməsinin sədri təyin edilib və 2023-cü ilə qədər bu vəzifədə olacağı gözlənilir.[9]

  1. 1 2 http://elyon1.court.gov.il/heb/cv/fe_html_out/judges/k_hayim/156130565.htm.
  2. "High Court Rejects MK Haneen Zoabi's Petition to Overturn Suspension". Haaretz. 10 Aralık 2014. 9 Aralık 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Aralık 2015.
  3. "For Third Time, Female Justice Elected to Head Israel's Supreme Court". The Tower. 6 Haziran 2017. 11 Kasım 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mayıs 2021.
  4. "Meet Esther Hayut, the Pop Star Who Just Became Israel's Chief Justice". Tablet Magazine (İngilizce). 5 Eylül 2017. 11 Kasım 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mayıs 2021.
  5. 1 2 "Justice Esther Hayut Curriculum Vitae" (PDF). Supreme Court of Israel. 8 Aralık 2015 tarixində arxivləşdirilib (PDF).
  6. Hovel. "Esther Hayut Appointed to Be Israel's Next Supreme Court President". Haaretz (İngilizce). 5 Eylül 2017. 16 Ekim 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mayıs 2021.
  7. "Esther Hayut sworn in as chief justice amid bid to curb judiciary". The Times of Israel. 26 Ekim 2017. 16 Ekim 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mayıs 2021.
  8. Harkov, Lahav. "Esther Hayut named new Central Elections Committee head". The Jerusalem Post. 26 Mayıs 2015. 11 Kasım 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 Aralık 2015.
  9. "Esther Hayut sworn in as Supreme Court president". Ynetnews (İngilizce). 26 Ekim 2017. 11 Kasım 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 Mayıs 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]